Ana səhifə İCTİMAİ “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində tədbir keçirilib

“Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində tədbir keçirilib

Müəllif: Bizim Yazı
261 baxış

“Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsinin dəstəyi ilə “Keçmiş məhkumlar arasında məşğulluğu artırmaqla təkrar cinayətlərin azaldılması” layihəsini həyata keçirir. Layihə çərçivəsində cəzaçəkmə müəssisələrində olan məhkumlar arasında maarifləndirmə tədbirləri baş tutur. Maarifləndirmə görüşlərində məhkumlara əmək fəaliyyəti zamanı çıxan problemlər, məşğulluq təminatı ilə bağlı xidmətlər, mövcud sosial və hüquqi prosedurlar haqda məlumat verilmişdir. Məhkumların məşğulluq probleminin həlli onların sosial adaptasiyasında vacib komponent hesab edilir. İşləmək və iş yeri tapmaqda çətinliklə üzləşən keçmiş məhkumlar çox hallarda təkrar cinayət törədirlər. Məhkumlar arasında məşğulluq probleminin əsas səbəblərindən biri isə onların yaradılan xidmətlər haqda məlumatsızlığıdır. Məhz layihənin maarifləndirmə komponenti keçmiş məhkumlar arasında təkrar cinayətkarlığın azadılmasını hədəfləmişdir. Görüşlər zamanı habelə müvafiq qanunvericilik aktları ilə bağlı materiallar da, paylanılmışdır.

Qeyd edilən problemlərin həllində vətəndaş cəmiyyəti institutları və dövlət qurumlarının əməkdaşlığı məqsədəmüvafiqdir. “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi cəzaçəkmə müəssisələrində maarifləndirmə yönümlü müxtəlif layihələr həyata keçirmişdir. Təcrübəyə əsasən məşğulluq problemi olan və davamlı psixo-sosial yardım almayan şəxslər təkrar cinayət törətmək riskində olurlar. “Keçmiş məhkumlar arasında məşğulluğu artırmaqla təkrar cinayətlərin azaldılması” layihəsi çərçivəsində həmçinin, məhkumlar arasında məşğulluq problemi və təkrar cinayətkarlığın müqayisəli təhlilinin araşdırılması üçün sorğu da keçirilir.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.