Ana səhifə YENİLİKLƏR Araz Elsəs Bakıda konsert verəcək

Araz Elsəs Bakıda konsert verəcək

Müəllif: Bizim Yazı
543 baxış

Təşkilatçıların APA-ya verdiyi məlumata görə, konsert Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 93 illiyi münasibətilə keçiriləcək.
Konsert mayın 29-da “Monte Karlo” şadlıq sarayında olacaq.Qeyd edək ki, A. Elsəsin mart ayında Bakıda konsert verəcəyi nəzərdə tutulsa da, konsert müəyyən səbəblərdən təxirə salınmışdı.
Araz Elsəs 27 noyabr 1971-ci ildə Güney Azərbaycanda, Sulduz şəhərində anadan olub. Uşaqlıqdan musiqiyə böyük maraq göstərən Araz daha sonra siyasi səbəblərdən çətinliklərlə üzləşərək, 1991-ci ildə Bakıya köçüb. 1997-ci ildə Avropa Yazarlar Parlamenti tərəfindən siyasi şair və ozan olaraq Norveçə çağırılıb. 2000-ci ildən isə İsveçə köçüb.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.