Ana səhifə YENİLİKLƏR Anar: “Əkbər Qoşalının bugünkü məruzsəi model məruzədir”

Anar: “Əkbər Qoşalının bugünkü məruzsəi model məruzədir”

Müəllif: Bizim Yazı
599 baxış

“Türk Dünyasında Ədəbiyyat, Ədəbiyyat(ımız)da Türk Dünyası”

Bu gün (06.06.2011) Azərbaycan Yazıçılar Birliyinin (AYB) NATAVAN KLUBUnda Qurultayqabağı tədbirlər silsiləsindən növbəti yığıncaq düzənləndi. “Ədəbiyyatımız və Türk Dünyası” adlı hesabat yığıncağında Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı geniş məruzə ilə çıxış etdi. O, “Türk Dünyasında Ədəbiyyat, Ədəbiyyat(ımız)da Türk Dünyası yaxud suallara cavab arayarkən yaranan yeni suallar” adlandırdığı məruzəsində, məruzənin adından da göründüyü kimi, həm Türk Dünyası miqyasında durumu incələməyə çalışmış, həm də Azərbaycan Ədəbiyyatında, ümumən Ədəbiyyatda Türk Dünyası mövzusunu araşdırmışdır.
Ən qədim dövrdən günümüzə Türk Xalqları Ədəbiyyatını tarixi dövrlər, əsas simalar, hadisələr, habelə tendensiyalar üzrə incələməyə çalışan məruzəçinin işi tədbir iştirakşıları tərəfindən yüksək qiymətləndirilmişdir. Tədbirin aparıcısı olan AYB katibi, filoloq-alim Arif Əmrahoğlu, professor, millət vəkili Nizami Cəfərov, AYB-nin I katibi, xalq şairi Fikrət Qoca, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, tanınmış publisist Hikmət Babaoğlu, tədiqiqatçı Yaşar Qasımov, yazıçı Natavan Dəmirçioğlu, filoloq-alim Azər Turan, yalquzaq.com-un rəhbəri, tanınmış jurnalist Azər Həsrət məruzə ətrafında öz fikirlərini bölüşmüş, məruzədə Əkbər Qoşalının böyük zəhmətinin göründüyünü, məruzənin elmi məzmun daşıdığını və digər məziyyətlərini vurğulamışlar.
Tədbirdə yekun söz söyləyən AYB sədri, xalq yazıçısı Anar “Mən də məruzədən məmnun qaldım. İlk növbədə Əkbər Qoşalının böyük zəhmətini qeyd etməliyəm. O, bugün bir model məruzə ilə çıxış etdi. İndiyə kimi bu mövzuda belə məruzə edilməmişdi. Məruzə həm əhatəli, həm də kifayət qədər məzmunlu və informativ idi” deyə öz münasibətini bildirmişdir.
Məruzə ətrafında fikir bildirən ziyalılara minnətdarlığını bildirən Əkbər Qoşalı çıxışlarda səslənən bütün konstruktiv fikirləri, uyğun önərilərin hər birini məruzənin çap variantında nəzərə alacağını bildirərək, onu səbrlə dinləyən hər kəsə təşəkkür etmişdir.
Qeyd edək ki, məruzə, qarşı günlərdə AYB-nin sitəsində, “Ədəbiyyat qəzeti”ndə, habelə dgtyb.org, bizimyazi.com, yalquzaq.com və digər sitələrdə yayınlanacaqdır.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.