Home YENİLİKLƏR Akif Səmədin “Seçilmiş əsərləri” çıxdı

Akif Səmədin “Seçilmiş əsərləri” çıxdı

by Bizim Yazı

Mərhum şair Akif Səmədin “Seçilmiş əsərləri“nin birinci cildi gün üzü görmüşdür

“OKA ofset”də nəfis şəkildə nəşr edilmiş kitabı, şairin dostları Ramiz Hümmətov və Həmid Ormanlı tərtib etmişlər. Aydın Qurbanoğlu Bəsti Əlibəylinin redaktoru, Nəvai Məmmədoğlunun rəssamı olduğu kitab görkəmli şairimiz Məmməd İsmayılÖlümə, Ömürə sərhəd qoymadım…” adlı ön söz yazıb.

 Kitab fevralın 4-də (saat 14.00) Azərbaycanda Atatürk Mərkəzində (Bakı, Səbayel, Tərlan Əliyarbəyov küçəsi -5) ictimaiyyətə təqdim olunacaq.

You may also like

1 comment

Nəsir Əhmədli 2012-02-06 - 06:01

Çox təəssüf ki, səhhətimlə bağlı olaraq təqdimatda iştirak edə bilmədim. Akif Səməd 45 yaşına yarım ay qalmış dünyasını dəyişdi. O, bizə qısa görünən ömründə çox mənalı bir ömür yaşadı və indi də yaşamaqda davam edir. Mən hər gün onunla görüşüb dərdləşirəm. Elə həmin Akif Səməddir – müdrik, hazırcavab, nikbin. Akif Səməd öləndən sonra mən ölümdən qorxmuram. Yaşasın Akifsayağı yaşam və Akifsayağı ÖLÜM!!!

Reply

Leave a Comment