Ana səhifə BAŞ YAZI ahəngə köklənmiş türk ruhuna 5 yarpaq qoşqu

ahəngə köklənmiş türk ruhuna 5 yarpaq qoşqu

Müəllif: Bizim Yazı
66 baxış

Əhməd Qəşəmoğlu

1.

hər uğurun kökü ahəngdədi…
dünya ahəng üstədi…
ahəngə köklənib türkün ruhu…
ahəng olduğundan ruhunda,
ayağını basdığı yerə ahəng gətirdi
Tenqri nizamı, Tanrı nizamı
haqq ləngəri gətirdi….

 

 

2.
göylərin, təbiətin
ahəngindən,
sevgisindən yaranıb türk,
tarixin min-min illik
ülgüsündən yaranıb türk…
dünyanın qəlbindən gəlibdi
yer üzünə…
yer üzü
doğma balasıdı türkün…

3.
heyvanları, quşları ram etdi
torpağı şum etdi
şam ərləri
göylərin şumerləri…
min illərin o üzündən hay verir
Hunların hünərləri…
yer üzünün ulu kitablarıdı
Gəmiqaya, Qobustan, Orxon- yenisey…
yeniləri tapılır, tapılır hey…
daha çox, daha ulu kitablar tapılacaq,
tarix doğru açılacaq…
hərdən ildırımlar, şimşəklər kimi gəlir
Attilanın, Bilgə xanın, Yəsəvinin cağrışları,
yağışlar kimi yağır
babaların həsrəti…

4.
bir zaman yazilmayan tariximizə
izlərimiz, sözlərimiz işıq tutur
qanımız, gözlərimiz işıq tutur…
ən qədim sözlərdən belə
türk ruhu axır,
ən qədim izlərdən belə
türk ruhu qalxır…

5.
türk yer üzünün ulu memarıdı…
türkün ruhunda uyuyur yer üzünün ruhu…
türkün ruhundadı
yer üzünün sonrasının
neçə sualına cavabın doğrusu, safi…
türkün üstə yeriməyin!
üstünüzə yeriyər tarix…
üstünüzə yeriyər
yer üzünün sabahı…

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.