Home BAŞ YAZI Afət Viləşsoydan yepyeni bir şeir:

Afət Viləşsoydan yepyeni bir şeir:

by Bizim Yazı

SƏNƏ (2)…

Adım dilinə gəlsə,
Sözlərin aydın olsun.
Dərdim səndən doğulub,
izlərin aydın olsun.

 

Sevgimiz qadağandı,
Bəladı, qada-qandı,
Baxışım sadağandı,
Nazlarım aydın olsun!

 

ilim-ilim itirəm,
Nağıl oldum, bitirəm,
Sən getmə, mən gedirəm,
Gözlərin aydın olsun!
17.08.2015

You may also like

Leave a Comment