Ana səhifə BAŞ YAZI İstedadlı gənc şair Ruslan DOSTƏLİdən bir şeir

İstedadlı gənc şair Ruslan DOSTƏLİdən bir şeir

Müəllif: Bizim Yazı
807 baxış

(Ruslan Famil oğlu Cahangirli (DOSTƏLİ), 1993/Bərdə)

***
Dünənki tək qoy olsun,
məni bu gün də görmə…
yuxuma da gəlmə heç,
məni bu gündə görmə…

…gözümüzü açmayaq,
gözümüzdən düşərik…
güzgüyə də baxma heç,
qorxuram görüşərik…

 

…bir qara kölgəsi var,
çəkildəndi əllərim…
divardan şəklin düşmür,
şəkildən də əllərim…

…dörd divardı, bir də mən,
nə mey qalıb, nə badə…
birdən yenə…
yadıma
düşərsən ha! –
nə badə..!

 

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.