16-17 noyabr 2013-cü il tarixdə qardaş Turkiyənin Antalya şəhərində “Türk Dünyası Ədəbiyyat Buluşması” düzənlənib. Buluşmaya 12 ölkədən 115 yazar qatılıb. DGTYB Təsisçilər Şurasının üzvü Təranə Turan Rəhimlinin də qatıldğı Buluşmada, Azərbaycandan habelə Qalibə Cəfərova, Aygün Akifqızı, Raifə Sərxanqızı, Adilə Nəzərova, Kubra Quluyeva, Nailə Yusufova və Qabil Ədalət də iştirak edib.
Koordinatorluğunu Türkiyənin fədakar ədəbiyyat təşkilatçılarından Rəna İslam Dəyirmançının həyata keçirdiyi “Antalya Türk Dünyası Ədəbiyyat Buluşması” Türkiyənin bir çox qəzet və telekanlının diqqətini özünə cəlb edə bilib.
Həmvətənlərimizin çıxışları, özəlliklə də heca vəznində olan çıxışlar maraqla qarşılanıb. Qeyd edək ki, Buluşma çərçivəsində Təranə Turan Rəhimlinin bu il qardaş ölkədə çıxmış iki kitabının da imza günü keçirilib.