Ana səhifə YAZILAR Mahir Qabiloğlu özünü həncəri tanıtdı, nə cavab(lar) aldı?..

Mahir Qabiloğlu özünü həncəri tanıtdı, nə cavab(lar) aldı?..

Müəllif: Bizim Yazı
1. 118 baxış

Xalq şairi Qabil

– Salam.
– Mən Qabilin oğluyam.
– Şair Qabil?
– Bəli.
– Buyurun…

Heydər Əliyevin dostu

– Salam.
– Salam.
– Mən Qabilin oğluyam
– Heydər Əliyevin dostu?
– Bəli.
– Buyurun…

“Səhv düşəndə yerimiz”

– Salam.
– Salam.
– Mən Qabilin oğluyam.
Qeyrətsiz oluruq biz,
  Səhv düşəndə yerimiz?
– Bəli
– Buyurun…

“Nəsimi” poeması

– Salam
– Salam
– Mən Qabilin oğluyam.
– “Nəsimi” poemasını yazan?
– Bəli.
– Buyurun…

Rübai

– Salam.
– Salam.
– Mən Qabiin oğluyam
Kişi adam vurar, adam dolamaz
  Kişi təslim olar, quyruq bulamaz
  Arvad qabağında boşqab sındırıb
  Kişi qabağında boşqab yalamaz.
– Bəli.
– Buyurun.

“İstiqlal” ordenli

– Salam.
– Salam.
– Mən Qabilin oğluyam.
– İlham Əliyev “İstiqlal” ordeni verən Qabilin?
– Bəli.
– Buyurun…

“Paravoz Qabil”

– Salam, müstəntiq Bahadır.
– Salam.
– Mən Qabilin oğluyam.
– Hansı? – “Paravoz” Qabilin?
– Bəli.
– Buyurun…

Mahirin atası

– Salam.
– Salam.
– Mən Qabilin oğluyam.
– Hansı. O dünyadan məktublar yazan Mahirin atasını deyirsən?
– Bəli.
– Maraqlıdır. Bir qulluğunuz?..

Qaynaq: Modern.Az

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.