***
Səsin Kürə bənzər –
kür deyil.
Axar aram-aram,
hopar damla-damla,
enər ilmə-ilmə
qəlbimə, ruhuma,
istəklərimə…
Yorğunluğu – əsrlərdən,
səbri – əminlikdən.
Yol gələr
Araza bənzər səsimə
qovuşmağa.
Kürə bənzər səsin
Araza bənzər səsimi
kəsər, batırar.
Nəfəsimi
ağuşunda kəsdiyi kimi.
Hay-küyümü
sakitliyində boğub
üzər üzü dənizə –
Dənizə sevda öyrətmək üçün…
Təranə MUSA