BİLMİRƏM
Mən ona hər gün aşiqəm,
O mənə… – bilə bilmirəm.
Xəyalıyla dərdləşirəm,
Özünə… – dinə bilmirəm.
“Can” deyirəm, canım olmur,
Sevirəm, sultanım olmur,
Olmur, bə, ay canım, olmur,
Könlümdən silə bilmirəm.
Desin Əkbər – bu nə haldı.!? –
Ağ üzə qara sevdadı…
Unutdum, doğmanı-yadı,
Dil əzbərim olan adı…
Gələrmi dinə? – bilmirəm…
BAKI
1 şərh
MÖHTƏŞƏM ŞEİRDİ!