***
Qış gedəcək, yaz gələcək
Bir, mənalı söz gələcək
(Birmənalı Söz gələcək)
Gül mənalı söz gələcək…
Ürəyim döyünür, onu düşünür
Ruhum sevinir,
Qəlbdən qəlbə yol var;
İndi mesaj gələcək…
***
Ağıllı istəklər aldadıb məni
Ölürəm bir dəli sevgidən ötrü.
Allah sevilməkçün yaradıb məni
Ölürəm bir dəli sevgidən ötrü…
Sevib-sevib elə könül bağlayam –
Havalanıb Kərəm kimi ağlayam.
Ürəyimi ürəyində saxlaya
Ölürəm bir dəli sevgidən ötrü.
Nə şöhrət, nə dövlət arzusundayam,
Nə dünya, nə cənnət arzusundayam,
Alovlu məhəbbət arzusundayam,
Ölürəm bir dəli sevgidən ötrü…
Qoy yanım-yaxılım yollarında mən,
Əriyim, yox olum yollarında mən.
Gərəksə can verim qollarında mən
Ölürəm bir dəli sevgidən ötrü…
Gənclik hədər gedir, ömür qısalır,
(ay Allah, son vaxtlar sevən azalır)
Səhrada su gəzən bir kor misalı –
Ölürəm, bir dəli sevgidən ötrü!…
Hələ ki, dünyada sevinməmişəm.
Qəlbidaşdan sevgi dilənməmişəm.
Nə sevib, nədə ki, sevilməmişəm,
Ölürəm bir dəli sevgidən ötrü…
Bu kövrək ürəyim qayğıya möhtac,
………………………………………
Tükədib öldürür məni ehtiyac
Ölürəm bir dəli sevgidən ötrü…
Suya həsrət quru dodaqlar kimi,
Mən onu tapmıram, o daki məni…
Körpə yetim qalan uşaqlar kimi
Ölürəm bir dəli sevgidən ötrü…
Ruhumu oynada tərli nəfəsi,
Yuxumu dağıda “sevgi həvəsi”,
Yanır ürəyimin sirli naləsi –
Ölürəm, bir dəli sevgidən ötrü…
Odlu bir sevdanın həsrətindəyəm,
Leylisiz Məcnunun nisbətindəyəm.
Görəsən mən kimin qismətindəyəm?..
Ölürəm, bir dəli sevgidən ötrü…
***
Mənimlə bir azca ehtiyatlı ol,
Səni birdən- birə sevə bilərəm.
Hələ sən könlünü mənə verməmiş
Mən sənə ömrümü verə bilərəm.
Mənimlə bir az da ehtiyatlı ol –
Bu böyük sevgidən çaşıb qalarsan…
Unutma, sevgilər qarşılıq umur,
Sən məni sevməsən ölə bilərəm.
Sevgi alma deyil, elə bilmə ki,
Onu kiminləsə bölə bilərəm.
Mənimlə bir az da ehtiyatlı ol;
…Qəlbinə xəbərsiz girə bilirəm.
***
Şair yaranmışam açıq ürəkli,
Dəlisov oğlanam bildiyin kimi.
Sənin kimisinə qucaq açmışam –
Qədrim bilinməyib, gördüyün kimi…
Sanma ki, dərdindən ölə bilərəm;
Dərdimi kimləsə bölə bilərəm,
Demə ayrısını sevə bilərəm,
O, bu başqasını sevdiyim kimi…
Çıxar atəşimi buzlu canından,
Qorx bu xəyanətin vallah sonundan,
Sil, masajlarımı telefonundan
Adımı qəlbimdən sildiyin kimi…
Dizini ört!..
“Kərəmlər” alışır, yanır “Məcnunlar”,
Qocalar əriyir, sınır cavanlar.
Vüsal həsrətindən ölür sevənlər
Dizini ört!..
Yemini gözləyir bu ac timsahın;
Deyəsən böyükdür şəhvət tamahın.
Girmə ağuşuna sən bu günahın
Dizini ört!..
Metro nəqliyyatdır, bar deyil, xanım,
Sənə göz dikənlər yar deyil, xanım.
Eynək taxanlar da kor deyil, xanım,
Dizini ört!..
Canını almağa sən can gəzirsən,
Ləlinə qoymağa mərcan gəzirsən.
Canında od-alov sən qan gəzirsən,
Dizini ört!..
Çəkilən naxışlar yağış deyil ki,
Dikilən baxışlar alqış deyil ki,
Göylərdən dikilən baxış deyir ki;
Dizini ört!..
***
Eləsini sev sevəndə,
O da səni sevən olsun.
Səni kədərli görəndə
Dərdlərini bölən olsun.
Sındırmasın heç könlünü,
Sənə versin qoy ömrünü,
Qaraltmasın ağ gününü
O, qədrini bilən olsun.
Qəm qolunu bağladanda
Dərd yolundan saxladanda
Həyat səni ağladanda
Göz yaşını silən olsun…
Demirəm, Turalı sev, sən
Ürəkdən sev, kimi sevsən.
…Əgər sən ondan tez ölsən,
O da sənsiz ölən olsun!..
Bu şeiri toyunda deyəcəm sənin
…Bəy kimi qismətim olmadın neylim,
Qonaqtək gələrəm toyuna sənin…
N.Kəsəmənli
bu şeiri toyunda deyəcəm sənin
istər məni döyüb istər söysünlər.
fikrimi duyanlar orada məni
istərsə sındırıb istər əysinlər…
bilirəm, qonşuyuq dəvət edərsən
gələcəyəm ayağına son dəfə.
bir kəlmə sözüm var diqqət edərsən
deyəcəyəm qulağına son dəfə;
“bir sən, bir mən bir də bizim sevgimiz
üç varlıq öləcək bu günkü toyda.
hər iki tərəfdən varsa kimimiz,
bu dərdi biləcək bu günki toyda!”
bu şeri toyunda deyəcəm, gülüm.
bilirəm, ərə yox, gora gedirsən.
səninçün yaxşıydı bundansa ölüm,
bir mənəviyyatı kora gedirsən…
…ilk öncə xoşbəxtlik arzulayaraq
səni tərifləyib öyəcəm, gülüm.
sonra da ah şəkib mən sızlayaraq
bu şeri toyunda deyəcəm gülüm.
aldatdın, gizlətdin, indi də atdın
bu gün sənin toyun, mənim yasımdı.
çağırıb məni də yadlara qatdın,
bu hiylə, bu oyun daha bəsimdi…
bu şeri toyunda deyəcəm bu cür;
mən səni sevirdim, ey filankəsim.
vəfasız imişsən sən, necə, gör…
bu zaman qəhərdən titrəyər səsim,
qonaqlar üzümə qəribə baxar,
toxdayıb sözümə davam edərəm.
ağlayıb özümə divan edərəm…
bu şeri toyunda deyəcəm, gülüm.
üzü qara, qəlbi yara gedirsən.
mən necə yaşayım, mən necə ölüm,
de, məni tərk edib hara gedirsən?..
kəsdi aramızı elə bir şey ki,
o şeydən vaz keçmək mümkün deyildi.
çox böyük dərd idi, inan ki, iki
yoldan birin seçmək, mümkün deyildi…
gözləyə bilərdin sən məni bir az,
sənlə məcbur bir iş edən yox idi.
gizləyə bilərdin sən məni bir az
qəlbini ki təftiş edən yox idi.
bu şeri toyunda deyəcəm, zalım.
boğazda ilişib qalan loxmatək.
bəlkə yaddaşında mən bu cür qalım,
ürəyində qalmasam da doğmatək.
bu taleyə, bu qismətə nə deyim,
əsl günah kimdədir, deyə bilmərəm.
bu sevgiyə məhəbbətə nə deyim,
daha başqasını sevə bilmərəm.
bu şeri toyunda deyəcəm, quzum.
bir vaxt mənsizlikdən mələyəcəksən.
köç oldu diləyim, puç oldu arzum,bir
vaxt məni, təklikdən diləyəcəksən.
o, pul da qızıl da tükənəcəkdir,
sevgisiz evlilik bitəcək bir gün.
xoşbəxtlik nəfsindən çəkinəcəkdir
o da baş götürüb gedəcək bir gün.
sən ağılla sevdin mənsə ürəklə,
birimiz oxuq, o birimiz yayıq.
bu şeri toyunda deyəcəm ərklə.
mən yuxulu sevdim sən isə ayıq!
bu şeri toyunda deyəcəm, gülüm.
bütün sevənlərə qoy bu görk olsun.
ürək deməsə də söyləyir dilim,
sevgilim, bu toyun mübarək olsun.
…bu şeri toyunda deyəcəm sonda,
sonra vidalaşıb qalmayacağam.
sən, çıxıb məclisdən məni tapsan da
mən onda həyatda olmayacağam…