Ürəyində min bir qurdu olan kəs,
Arzu nədir, dilək nədir nə bilsin?
Könülləri yerli-yersiz qıran kəs,
Sevgi nədir, ürək nədir nə bilsin.
Kimsə bilməz söhbətini-sözünü,
Mələk kimi tanıtdırar özünü,
Ona dikər, buna dikər gözünü,
O, duz nədir, çörək nədir nə bilsin?
Habil Yaşar, bu dünyadan üzmə əl,
Saf qəlbini, sən özünü üzmə gəl,
Namərd ilə oturma gəl, gəzmə gəl,
Dayaq nədir, dirək nədir nə bilsin.
15.12.2012, 0:31:01