“Türküstan” qəzeti oxucularının istək və marağını nəzərə alaraq Türk dünyasının inteqrasiyasında və Türk millətinin dünyadakı nüfuzunun artırılmasındakı xidmətlərinə görə hər ilin yekunlarına əsasən rəy sorğusunun keçirilməsi qərarına gəlib. Sorğunun keçirilməsinin digər məqsədi isə Turk dövlətləri və xalqları coğrafiyasında nüfuzlu və görkəmli şəxsiyyətlərin təbliği və tanıdılmasıdır.
”Türküstan” qəzetinin 2012-ci il yekunlarına görə siyasət, elm- təhsil və mədəniyyət nominasiyaları üzrə keçirəcəyi sorğuda respondentlərə aşağıdakı suallar veriləcək:
1. Siz 2012-ci ildə Turk dövlətləri və xalqları coğrafiyasından hansı siyasətçini İLİN SİYASƏTÇİSİ sayırsınız?
2. Siz 2012-ci ildə Turk mədəniyyətinin qorunmasında və təbliğində xidmətinə görə kimi TURK MƏDƏNİYYƏTİNİN HAMİSİ sayırsınız?
3. Siz 2012-ci ildə turk gəncliyinin təhsilində və formalaşmasında təmənnasız xidmətlərinə görə kimi TÜRK GƏNCLİYİNİN DOSTU adına layiq görərdiz?
Yaxın günlərdə 2012-ci il yekunlarına görə siyasət, elm-təhsil və mədəniyyət nominasiyaları üzrə keçirilən anket sorğusu oxuculara təqdim olunacaq. Sorğu həm “Türküstan” qəzetinin çap və elektron səhifəsində, həm də bir sıra media qurumlarında aparılacaq.
Qəzet oxucu-respondentlərin bu sorğuda aktiv iştirakına ümid edir.