Elnare NUR (1994, Tovuz;
Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialının tələbəs)
Böyütmüş məni
Bu Odlar Yurdunda, Turan elində
Türklüyün qüdrəti böyütmüş məni
Heç zaman haqqını danmayanların
İzzəti-ülfəti böyütmüş məni
Haqdan yanan odun sönərmi közü
Gözəldir yurdumun ilk bahar çağı
Anamın laylası, atamın sazı
Babamın hikməti böyütmüş məni
Elnarəyəm
məğrur uca dağların
Könlümü oxşayan gözəl çağların
Üstdə yaşadığım qara torpağın
Şeiri-söhbəti böyütmüş məni
Payız gəlibdi
Təbiətin qızıl fəsli gəlibdi,
Ağaclar kövrelib boyunu əyir,
Titrəşən yarpaqlar tökülüb yerə,
Sanki ağaclara əlvida deyir .
Durna qatarları göyun üzündə,
Həsrətlə səmada bir qanad çalır,
Doğma çəmənlərə yadigar deyə,
Hərdən də yerlərə bir lələk salır.
Bir atlı yollanır dağlara tərəf,
İsti ocağına vaxtında yetir,
Atıyla yollara iz sala sala,
Dumanlı dağlarda gözlərdən itir
Gör necə dəyişir təbiət birdən,
Quşların nəğməsi, cəh cəhi kəsir,
Günəş de səmada çox az görünür,
Sərt külək dağlardan düzlərə əsir.
Bir bahar gələcək uca dağlarda,
Yazın dumanında itəcəm yenə,
Quşlarla birlikdə verib səs səsə,
Məğrur qayalarda ötəcəm yenə.
Yurd yeri
O dağlardan bir ev köçüb
Ocağında külü qalmış
Yaraşıqlı aynəbəddə
Sarmaşıqlı gülü qalmış
Evlərinin qırağında
İşığı yox çırağında
Agzısınıq darağında
Gözəllərin teli qalmış
Elnarəyəm o anların
Axıb gedən zamanların
Bu yerlərdə insanların
Bir köçdüyü ili qalmış
Dağlara dağlara
Vardır hələ deyiləcək
Sözüm dağlara dağlara
Gözəl nəğmə gözəl şeir
Yazım dağlara dağlara
Çəmənində gəzəsiyəm
Gül çiçəyin üzəsiyəm
Bir salam da deyəsiyəm
Bizim dağlara dağlara
Oba oba ellərini
Darayacam tellərini
Elnarə söz güllərimi
Düzüm dağlara dağlara
Yol ve cığır
Yol bir gun cığıra tənə eylədi
Dedi sənin ilə az adam gedir
Mənimsə bu enli böyük sinəmdən
Ən azı hər gündə yüz adam gedir
Cığır tez dilləndi, a yol qardaşım,
Nə oldu özünü böyükmü sandın
Mənə yuxarıdan aşağı baxma
Səndə cığır idin bir yola döndün
Cığır məğrur durub, yenədə dedi
Bunu eşidənlər heç mənə gülməz
Uzaq mənzillərə aparsa da yol,
Uca zirvələrə apara bilməz…
Çağlayan ürək
Dəniz sahilində durmuşam yenə,
Baxıram çırpınan o dalğalara,
Xəyal qanadına alaraq məni,
Aparır örpəkli göy səmalara.
Sanırdım firtına haray səndədi,
Qəlbimsə çağlayan bir tufan imiş,
Mən hələ bilmirdim kiçik ürəyim,
Sonsuz dəniz imiş, bir umman imiş.
Ey dəniz, böyüksən sənə baxanda ,
Qəlbim vuqarlanır, qəlbim güc alır,
Mənə maraqlıdır kiçik bir ürək ,
Sən tək çağlamağı necə bacarır?
5 şərh
Elnare, senin kimi genclerle fexr edirem!
Selcan xanım coğ sağolun Allah razı olsun təşəkkür edirəm.Elnarə Nur
Maşallah Allah səni və sənin nəznində ailəni qorusun . AMİN.Qələminin mürəkkəbi və ağ səhvələrin qurtarmasın ki,sənin ürəyindəki şeir ocağı əbədiyyətə qədər yansın .AMİN.Dayı oğlu B.NİZAMƏDDİN
Elnarə qızım sənə əhsən , Allah özü sənə yar,dayaq və kömək olsun.Dayın Fikrət
Elnare arzu edirem gelecekde ugurlarin bundanda cox olsun