İyunun istisinə bürünüb
üşüyürəm həsrətinə…
Boyum ayrılıqdan çox kiçikdi…
Ayağımın altına
Ümidlərimi yığıb
pəncərədən boylanıram getdiyin tərəfə…
Bir az sənə oxşayır darıxmağım,
bir az mənə oxşayır nigaranlıgın.
Çoxdandır gözümdə bir yuxu yatır
lap çoxdan,
haçan ki ümidlərimi səndə unutdum,
haçan ki taleyimə toxunmağa basladın,
haçan ki yazılmamış şerlərimdə oxunmağa basladın
bax , o vaxtdan…
Ömrümün bütün vaxtlarını xərcləmək gəldi içimdən
son məktubunun eşqinə.
Bu gecə ölumlə qədəh – qədəhə
özümsüzlüyümə içdim son kəs…
Vərəq-vərəq danışdığın məktublarda
hərflər pıçıldadı səsini qulağıma.
mən böyqk hərflərlə darıxdım bu gecə,
sən kiçik həriflərlə pıçıldadıqca-
darıxdım…
darıxdım…
Açıq pəncərəmdən
otagıma xatirələr səpələndi
Üşüdüm…
Üşüdüm…
sənsiz darıxmaq, sənsiz üşümək, sənsiz yaşamaq…
yaşamaqdan ölmək…
Bu gündə yalanına sığınmaq istədim,
dayanlamaq istədim
mən aldanmadim ki,
sadəcə inanmaq istədim
yaşadıqlarıma…
06.06.2012