Bu, gənc yazar Habil YAŞARın yeni – sayca üçüncü kitabının adıdır.
“Yoxluğumun Varlığı ”nda yazarın dünyaya baxışı, könül duyğuları, eyni zamanda fəlsəfi düşüncələri öz əksini tapmışdır. Bundan öncə şairin 2001 və 2003-cü illərdə iki şeir kitabı oxuculara təqdim edilmişdi. 9 ildən sonra oxucuları ilə kitablı görüşə gələn Habil deyir: “Sevirəm – çünki sevməsəm yaza bilmərəm; Yazıram – çünki yazmasam yaşaya bilmərəm; Yaşayıram – çünki yaşamasam sevərək yaza bilmərəm”
“Qanun”da çıxan kitabın “önsöz”ünü DGTYB başqanı Ə.Qoşalı yazıb – “Üzü Sabaha” deyə…
“Yoxluğumun varlığı”nı paytaxtın aparıcı kitab dükanlarından və ya nəşriyyatla əlaqə saxlayaraq əldə etmək olar.
1 şərh
Allah razı olsun sayın Əkbər bəy…Minnətdaram sizə….