Home YENİLİKLƏR Mahirə Hüseynova Çingiz Aytmatov adına medalla təltif olunub

Mahirə Hüseynova Çingiz Aytmatov adına medalla təltif olunub

by Ali Zeynalov

Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova Çingiz Aytmatov adına medalla təltif olunub. Təltifetmə mərasimi ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyasının açılışı və görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun yaradıcılığına həsr olunmuş tədbir çərçivəsində keçirilib. Mərasimdə Çingiz Aytmatov adına Beynəlxalq İssık-Kul Forumunun vitse-prezidenti Dinara Jumabayeva iştirak edib. O, çıxışında Çingiz Aytmatovun zəngin ədəbi irsinin təbliğinin əhəmiyyətini vurğulayıb. Yazıçının yaradıcılığının xalqlar arasında mənəvi körpü rolunu oynadığını qeyd edib. Dinara Jumabayeva professor Mahirə Hüseynovanın Çingiz Aytmatov irsinin tanıdılması və təbliği istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib. O, Mahirə Hüseynovanın bu sahədəki xidmətlərini xüsusi vurğulayıb. Çıxışdan sonra professor Mahirə Hüseynovaya Çingiz Aytmatov adına medal təqdim edilib. Təltif Azərbaycan və Qırğızıstan arasında ədəbi-mədəni əlaqələrin inkişafı və ortaq türk irsinin təbliği baxımından əlamətdar hadisə kimi qiymətləndirilib.

You may also like

Leave a Comment