Ana səhifə BAŞ YAZI 88 yaşlı el şairi Aşıq Ələsgərin “Müəmma”sını açdı:

88 yaşlı el şairi Aşıq Ələsgərin “Müəmma”sını açdı:

Müəllif: Bizim Yazı
1. 264 baxış

Usta Mehdi (3) (1821-1926, Göyçə)

Sübhün çağı bir hikmətə tuş oldum

 

 

Sübhün çağı bir hikmətə tuş oldum,
Desəm inanmazlar sirri sübandı.
Yeddi qat qaladı – daşsız-kərpicsiz,
O qalada bir əjdaha pünhandı.

Nə qədər baxıram yoxdu gözləri,
İki buynuzu var, bəhri şeşpəri…
Nə əl-ayağı var, nə balü pəri,
Seyr eyləyir gərdişi-dövrandı…

Nə zaman ki, sərin çıxarır dərdən,
Yeddi qat qalanı tərpədir yerdən.
Qaldım aciz, zəlil, heyran, sərgərdan,
bilmirəm cindi ya üstüxandı…

Dindirrəm dillnəmir, yoxdu zəbanı,
Ona tərtib verib kərəmin kanı.
Özü dincdir, heç incitmir insanı,
Heyif ismi doğrulara düşmandı…

Səhərdən səhərə edir seyranı,
Götürür qalanı gəzir hər yanı.
Ələsgər deyir ki, bu müəmmanı
Hər kəs tapsa, canım ona qurbandı…

 

Usta Mehdi (1926, Tovuz)

Çoxdandır ki, bu hikmətə tuşam mən

Çoxdandır ki, bu hikmətə tuşam mən,
Desəm inanmazlar sirri-sübhandı.
Bircə qat qaladı, saxsı qab təki,
O qalada bir sürünən aşkardı…

İndi mən baxıram, yoxdu gözləri,
İki “buynuz”u var, bəhri şeşpəri…
İlantək sürünür irəli-geri,
Seyr eyləyir gərdişi-dövrandı…

Çanaqdan bayıra çıxanda başı,
Çirkaba bulayır torpağı-daşı.
Yaradan buyurub uzundur yaşı,
O nə həşaratdı, nə də heyvandı…

Nə lazım dindirmək – yoxdur zəbanı,
Belə yaradıbdı kərəmin kanı…
Natəmizidir –dəyməsə də ziyanı,
Sözkəsəsi, açıq deyim: şeytandı.

Nəmişli yerlərdə edir seyranı,
Götürür çanağı, gəzir hər yanı;
Usta Mehdi tapdı bu müəmmanı,
Babamız Ələsgər cənnət-məkandır.

 

 

 

You may also like

1 şərh

S.Mərzili 2014-07-05 - 00:42

İlbizdir də, ona xalq arasında şeytan da deyrlər.

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.