Ana səhifə BAŞ YAZI 5 aylıq “Gəldik, gördük, yazdıq” layihəsi başa çatmışdır

5 aylıq “Gəldik, gördük, yazdıq” layihəsi başa çatmışdır

Müəllif: Bizim Yazı
666 baxış

DGTYB “Gəldik, gördük, yazdıq” adlı yeni kitabın təqdimatını keçirdi

29 yanvar 2013-cü ildə Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun Konfrans zalında Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Gənclər Fondunun dəstəyi ilə işıq üzü görmüş “Gəldik, gördük, yazdıq” kitabın təqdimatı və eyni adlı layihənin yekunları ilə bağlı tədbir keçirilib.
Açılış nitqi ilə çıxış edən DGTYB başqanı Əkbər Qoşalı deyib ki, 5 ay boyunca davam edən layihə çərçivəsində onlarla məqalə, informasiya, fikir, rəy yayınlanıb və onların ən önəmliləri kitab şəklində nəşr edilib. Nəşrdə mətnlər Azərbaycan dili ilə yanaşı, Türkiyə, Qazax, Qırğız, Kırım-tatar türkcələrində və rusca verilib. Nəşrin bir bölümü “Gəldik, gördük, yazdıq” layihəsi fotolarda adlanır.
Ümumən layihənin fəlsəfəsi Azərbaycana dəvət edilmiş türksoylu yazarlara gerçəklikləri öz gözləri ilə görmələrinə imkan yaratmaq, həqiqəti diqtə etmədən onların şahid olduqlarını öz ölkələrində, digər ölkələrdə yayınlamalarını təmin etmək və “bizi qıraqdan necə görürlər”, “Qarabağı türk dünyasının ortaq sorunu kimi necə dəyərləndirirlər” kimi suallara cavab aramaq olub.
Sonra millət vəkilləri Qənirə Paşayeva və Fuad Muradov, Gənclər Fondunun məsul əməkdaşı Orxan Ərəbov, Fondun Müşahidə Şurasının üzvü, Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədri Nurəddin Mehdiyev, Quzey Kıprıs Türk Cümhuriyyətinin Bakı nümayəndəliyinin başçısı Səadətdin Topukçu, Türkiyə böyükelçiliyinin mədəniyyət müşaviri Seyidəhməd Arslan, TÜSİAB Baş Katibi Yasin Göral, Gəncliyə Yardım Fondunun prezidenti Əhməd Tecim, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri, KİV DDF Müşahidə Şurasının sədri Umud Rəhimoğlu, TOHGM İB-in sədri, “Hərbi And” qəzetinin təsiçisi Emin Həsənli, TÜSİAB-ın mətbuat katibi Səlçuq Düzgün, müharibə veteranı, şair Şahin Ülvi (Qədirli), “Dialoq Avrasya” Platformu Azərbaycan nümayəndəliyinin Gənclik Qolları başqanı Edil Həsənli, Sumqayıtdakı Əli Kərim adına Poeziya Klubunun rəhbəri İbrahim İlyaslı, araşdırmaçı-yazar dr. Eldəniz Şamlu Abbaslı və başqaları çıxış edərək layihənin, eyni adlı kitabın uğurlu tərəflərindən söz açıblar.
Çıxışçılar layihənin uğurla keçdiyini, təqdim olunan nəşrin də bu uğurun ifadəsi olduğunu vurğulayıblar. Onlar layihə rəhbərinə, layihənin həyata keçməsində dəstəyi olan hər kəsə təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, ötən il Azərbaycana gəlmiş qonaqlar, yəni qardaş ölkələrin nümayəndələri ilə tanışlıqdan aydın oldu ki, qardaş ölkə və topluluqların yazarları belə Ermənistan təcavüzkarlığından, Qarabağ problemindən arzuolunana səviyyədə məlumatlı deyillər; DGTYB qonaq yazarları işğal olunmuş bölgələrə, sərhəd zonalarına, “0 nöqtəsi”nə, Quba Soyqırım Məzarlığına qədər apardı və ondan sonra onların təsəvvüründə olumlu dəyişiklik və məlumat bazası yarandı.
Qarabağ, ümumən Azərbaycan həqiqətlərini ictimaiyyətə çatdırmaq işinin vacib məsələlərdən biri olduğunu, amma bunu dünya ictimaiyyətinə və geniş oxucu kütləsinə ünvanlamağın daha vacib olduğunu qeyd edən natiqlər, respublikamıza gələn yazarların yaşadıqları coğrafiyada fikir yaratmasının, sonra isə həqiqətlərin onların vasitəsilə ilə daha geniş oxucu kontingentinə yayılmasının müsbət bir nəticə olduğunu qeyd etdilər.
Sonda qeyd olunub ki, “Gəldik, gördük, yazdıq” kitabı respublikanın aparıcı kitabxanalarına, habelə türksoylu ölkə və topluluqların mədəniyyət, elm mərkəzlərinə pulsuz paylanacaq.
Tədbirdə KİV və QHT təmsilçiləri ilə yanaşı tələbələr də iştirak edirdi.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.