Ana səhifə YAZILAR “20 yanvar” haqqında 20 yanvarda yazılmış şeir…

“20 yanvar” haqqında 20 yanvarda yazılmış şeir…

Müəllif: Bizim Yazı
2. 541 baxış

Hafiz HACXALIL

AĞLAMA

Anam, o qəbrin üstə,
Töküb də dil, ağlama..!
Sən Şəhid Anasısan,
Gözünü sil, ağlama..!

Min yozum var bir sirdə,
Yazılıb göydə, yerdə…
Gedənlər geri,
bir də,
dönən deyil, ağlama..!

Dağıt şəri, yalanı.
Qoru ondan qalanı.
Sən o oğul balanı,
Ölümsüz bil, ağlama..!

Qan üstündə qan bitər,
Can üstündə can bitər.
Millət ağladı, yetər,
Ey qərənfil, ağlama!..
20.01.2016, BAKI

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.