Günay ÜMİD
Ay ana, bu ömür nəfəs boydaymış
Başımı fikire söykədim yenə …
Bu fikir yastığı əzir başımı…
Ay ana, bu ömür nəfəs boydaymış,
Ölüm ağrı-ağrı gəzir başımı…
Qapı -pəncərəsi bağlı bu evin
Yuxum hara qaçıb bu evdən, ana?
Əzilmiş şeirlər döşəmə üstə,
Onu kitab-kitab yığmaz bu balan…
Çoxdandı bu yataq qəbir kimidir,
Beşik ayağına sığmaz bu balan…
Tıxa qulağıma layla səsini,
Bələ gözlərimi yuxuyla mənim…
Arzu urəyində, muradlarında
Azdırım bu evi, azdırım, ana,
Sehirli xalçanın qanadlarında…
Çoxdan kədərimə oxşayiram mən
İnanma, uşaqlıq bəyənə məni,
Onsuz da nağıllar əynimə gəlmir,
Yama nağıllarin əyninə məni…