Yazıçı-dramaturq Əyyub Qiyasın “Sultan körpüsü” adlı romanı işıq üzü görüb
“Qanun”da kitablaşan roman yazarın son dövr yaradıcılıq məhsullarındandır. Romandakı olaylar tariximizin müxtəlif dövrlərini çevrələyən gerçək faktlara, tarixi bilgilərə söykənir. Əsərin qəhrəmanı Fərhad adlı tanınmış iş adamıdır. Romanda onun yaşamından, mənsub olduğu böyük nəslin tarixindən söz açılır.
Kitabda Azərbaycan xalqının tarixinin bir parçası olan Şəmsəddil mahalı, onun tarixi şəxsiyyətləri, sultanlığın mövcudluğu zamanı baş verən tarixi olaylarla dolu faktlar oxucu mühakiməsinə sunulur.
Əyyub Qiyasın digər kitabları kimi “Sultan körpüsü” nün də oxucu ilgisinə səbəb olacağına inanırıq.