Ana səhifə YAZILAR “Yaxından sevmək olmur, Sevirəm uzaqları”…

“Yaxından sevmək olmur, Sevirəm uzaqları”…

Müəllif: Bizim Yazı
952 baxış

Gənc şairdən şeir kimi şeir!

GÜLSADƏ

***
İndi daha sevirəm
daha çox uzaqları…
Gedişinə təzimdə ən məsum xatirələr…
Pozulubdur dilimin dilbilməz qanunları.
Daha bilmirəm, canım,
nə nağıldı, nə əzbər..?
Gedənlərin ardından geriyə axın qalar.
Yıxılma, dostum, yıxılma,
yîxılsan bilirsən ki, nə dost
nə yaxın qalar…
Uzaqlar nə doğmadı…
Mən ki mənimdən uzaq,
mən ki məndən irağam.
Biraz Tanrıya yaxın,
əcəllə dolaşığam…
Gedənlər gedir, əlbət,
Səndən alır hər gedən…
Qalır əlində təəssüf
boşa çıxan ümidlər,
yanılmış düşüncələr…
Səni də yolçu etdim gözlərimdən uzağa;
Yaxından sevmək olmur,
Sevirəm uzaqları…
Ağrıyıram dərindən,
ağrıyıram, bilirsən…
İndi batır əlimə qəlbimin qırıqları…

Dizə- CULFA, NMR, 2017Glsde1

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.