Ana səhifə ŞEİR Yeqzar Cəfərlinin şeiri – Xoşbəxtlik boz rəngdədir

Yeqzar Cəfərlinin şeiri – Xoşbəxtlik boz rəngdədir

Müəllif: Bizim Yazı
145 baxış

Qondu tənha kəpənək
Üzərinə küllərin
Ayaqları yapışdı
Qucaqladı əllərin

Diksindi boz kəpənək
Təzə idi, tər idi
İndi rəngsizlik ona
Ölümdən betər idi

Bilmirdi boz kəpənək
Boz olmaq bir nemətdir
Rəqs edən kül dənələr
Ən böyük səadətdir

Qopdu qum fırtınası
Küllər sovruldu göyə
Vaxt tapmadı kəpənək
Küləyə qatil deyə

Məzarı göylərdədi
İndi o kəpənəyin
Artıq günəş qurudur
Onun rəngsiz köynəyin

Kəpənək külə dönüb
Rəngsiz getdi dünyadan?
Yox, o gülə çevrilib
Rəngli getdi dünyadan

Yeqzar Cəfərli

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.