Ana səhifə TÜRK DÜNYASI Səadət Qurbanovanın Özbəkistandan “Keçmişə nəzər”i

Səadət Qurbanovanın Özbəkistandan “Keçmişə nəzər”i

Müəllif: Bizim Yazı
50 baxış

Keçmişə nəzər

Hər dəfə Qaraqalpaqısyana olan səfərimdə özüm üçün yeni-yeni məlumatları kəşf edib qayıdıram. Taleyin tələbi ilə hansı ünvana getsəm, əlbəttə, həmin yerin tarixi abidələri və irsi ilə maraqlanıb soruşur, gedib öz gözlərimlə görməyə çalışıram. Budəfəki səfərim zamanı Amudərya vilayətinin məşhur mədəni irs obyekti, Qaraqalpakıstanın tanınmış arxeoliji abidələrdən olan, Zərdüştçülük dövründən qorunub saxlanılan qədim abidəni – Çilpiq qalasını ziyarət etdim.
Çilpiq qalası Amudəryanın sahilində yerləşib, uzaqdan vüqarlı dəyər göstərməklə gözə görünüb durmaqdadır.
Yerli sakinlərin dediyinə görə bu qalanın yaşı 2200 ildən artıqdır. Hazırkı gündə təbiət hadisələri səbəbindən bu qalanın yalnız 20-30 faizi qalmaqdadır.
Çilpiq qalası 15 metr hündürlükdə, 65 metr diametrə malik olan, yastı halqa şəkilli, damsız dairəvi minarə olub, Nukusdan 43 kilometr aralıdakı təbii yastı təpənin zirvəsində yerləşir.
Qala hündürlükdə yerləşməsi səbəbindən ora məsafəsi 20 metrdən artıq, 75 pillə ilə çıxa bildik. Pillələrlə təpəliyə çıxdıqdan sonra dar cığırla qala başına çıxdıq. Təpəlikdən ətraf olduqca gözəl və füsünkar görünür. Bir yanda yumru təpəliklər, bir yanda seyrəngahlar, bir tərəfdə isə Amudərya çayı qıjıldayıb axırdı.
Gözümüz önündə tarix canlandı. Həyəcanla həmin dövr və qalanın tarixi haqqında söz açan yoldaşımızı diqqətlə dinlədik.
Təpəliyə qalxdıqdan sonra bütün ətrafı dolanıb tamaşa etdik, qala ortasında bir az oyuqvarı çökəklik yer alıb, ətraf isə eyni qala divarlarıtək hündür, divarın fərqli yerlərində dəliklər var. Qədimdə bəlkə həmin yerlərdən nəzarət üçün faydalanmışlar. Yerli nəzarətçinin söylədiklərinə görə ortadakı çala yerdə tonqal qalayıb digər ətraf qalaları düşmən hücumundan xəbərdar ediblərmiş.
Çilpiq qalasının tarixi hazıra qədər arxeoloq alim və tarixçiləri maraqlandırmaqdadır. Ayrı-ayrı mənbələrdə bu qalanın vulkanlardan yarandığı deyilsə də, bəzilərində əcdadlarımızın kainatı öyrənmək üçün rəsədxana kimi faydalandıqları deyilir. II-IV əsrlərdə Zərdüştilər dövründə dini mərasim yeri, mərhumların minarə içində çöl quşlarına yem olması üçün qoyulma yeri olub, sonra quşlar tərəfindən təmizlənən sümüklər yerə basdırılıb dəfn olunardı. Hazırda da qalanın 15 metrlik dairəsində əcdadlarımızın sümüklərinin tapılması deyilir. Sonralar Xarəzmşahlar dövründə bu abidələr hərbi məqsədlərlə, yəni mühafizəçi, xəbər etmə və müdafiə minarəsi kimi istifadə olunub.
VII əsrdə minarə yenidən qurulub, IX-X əsrlərdə Xarəzmşah dövründə yenidən təmir edilib. Çilpiq qalası Qaraqalpaqıstanın ən qədim, əhəmiyyətə malik olan abidələrdən biri olduğu üçün də gerbində Çilpiq üzərində doğan günəş təsviri əks etdirilib. Çilpiq qalası öz möhtəşəmliyi ilə Qaraqalpaqıstana təşrif gətirən xarici və yerli səyyahları daim cəlb etməkdədir. Bütün səyahətçilər bu Zərdüştilər dövründən bəri saxlanılan qəribə yüksəkliyi görüb, üzərinə çıxıb hüdudlara tamaşa edib, onun tarixini eşitməkdən məmnun olurlar. Yurdumuzda qorunub saxlanılan qədim abidələri, onların tarixini, böyük keçmişimizi gələcək övladlara ötürməyi borcumuz hesab edirəm.
Özbəkistanda böyük tarixə sahib olan bu kimi tarixi abidələr olduqca çoxdur. Sizin də Qaraqalpaqıstana yolunuz düşsə, əlbəttə, Çilpiq qalasının möhtəşəmliyini gedib öz gözlərinizlə görüb, gəlməyinizi tövsiyə edərdim.
Səadət Qurbanova

 

МОЗИЙГА ЮЗЛАНИБ

Ҳар гал Қорақалпоғистонга бўлган сафаримда ўзим учун янги-янги маълумотларни кашф этиб қайтаман. Тақдир тақозоси билан қайси манзилга борсам албатта ўша жойнинг тарихий обидалари ва мероси билан қизиқиб сўраб кўраман, бориб ўз кўзим билан кўришга ҳаракат қиламан. Бу галги сафарим мобайнида Амударё вилоятининг машҳур маданий мерос объекти, Қорақалпоғистоннинг таниқли археологик ёдгорликларидан бири бўлган Зардуштийлар давридан сақланиб қолган қадимий ёдгорлик Чилпиқ қалъасини зиёрат қилдим.
Чилпиқ қалъаси Амударёнинг бўйида жойлашган бўлиб, узоқдан виқор билан қадр ростлаб кўзга ташланиб турарди.
Маҳаллий аҳолининг айтишича ушбу қалъанинг ёши 2200 йилдан ошиқ экан.Ҳозирги кунда табиат ҳодисалари туфайли ушбу қалъанинг 20-30 фоизигина сақланиб қолган экан.
Чилпиқ қалъа 15 метр баландликда, 65 метр диаметрга эга бўлган,ясси ҳалқа шаклли, томсиз думалоқ минора бўлиб, Нукусдан 43 км масофадаги табиий ясси тепаликнинг чўққисида жойлашган.
Қалъа баландликда жойлашгани туфайли узунлиги 20 метрдан ортиқ ,75 та зина билан чиқиб бордик. Зиналар орқали тепаликка чиқдик сўнг торгина йўлакдан қалъа тепасига чиқиб бордик. Тепаликдан атроф жуда гўзал ва фусункор кўринарди.Бири ёни яйдоқ тепаликлар, бир ёни сайҳонлик, бир томонида эса Амударё дарё чайқалиб оқарди.
Кўз олдимда тарих жонланди.Ҳаяжон билан ўша давр ва қалъа тарихи ҳақида сўзлаётган ҳамроҳимизни жон қулоғимиз билан тингладик.
Тепаликка чиққач бутун тепаликни айланиб томоша қилдик, ўртасида бироз ўйиқроқ пастлик жойлашган, атроф эса худди қалъа деворларидек баланд, деворнинг айрим жойларида махсус ўйиқ жойлар бор бўлиб,қадимда балки ўша жойлардан кузатиш учун фойдаланган бўлсалар керак.
Маҳаллий кузатувчининг сўзларига кўра ўртадаги чуқур ўйиқ жойда олов ёқиб ён атрофдаги қалъаларни душман ҳужумидан огоҳ қилишган экан.
Чилпиқ қалъанинг тарихини ҳозиргача археолог олимлар ва тарихчиларни қизиқтириб келган.
Айрим манбаларда ушбу қалъа вулқонлар ижоди дейилса, бошқасида аждодларимиз коинотни ўрганиш учун расадхона сифатида фойдаланишган дейилган.2-4- асрларда Зардуштийлар даврида диний маросим жойи бўлган, марҳумларни минора ичида ёввойи қушларга ем учун қолдирадиган жой бўлган,сўнг қушлар томонидан тозаланган суякларни дафн қилиб ерга кўмишган, ҳозирда ҳам қалъанинг 15-метрлик деворлари орасида аждодларимиз суяклари сақланмоқда дейишади, кейинчалик Хоразмшоҳлар даврида ушбу ёдгорлик ҳарбий мақсадда яъни кузатув,хабар етказиш ва мудофаа минораси сифатида фойдаланилган.7 асрларда минора қайта қурилган, 9-10 асрларда Хоразмшоҳлар даврида яна қайта таъминланган Чилпиқ қалъа Қорақалпоғистоннинг энг қадимий, аҳамиятга эга бўлган ёдгорликларидан бири бўлгани учун ҳам республика гербида Чилпиқ устида кўтарилган қуёш тасвири акс эттирилган. Чилпиқ қалъаси ўз салобати билан Қорақалпоғистонга ташриф буюрган хорижий ва маҳаллий сайёҳларни доимо жалб этиб келган.Барча сайёҳлар ушбу Зардуштийлар давридан буён сақланиб қолган ғаройиб тепаликни кўриб, тепасига чиқиб ҳудудни томоша қилиб, унинг тарихини эшитишни хуш кўришади.Юртимизда сақланиб қолган қадимий ёдгорликларни улар тарихини, буюк ўтмишимизни келажак авлодга етказиш бу бизнинг бурчимиз деб ҳисоблайман. Ўзбекистонда буюк тарихга эга бўлган шу каби тарихий ёдгорликлар жуда кўп.Сиз ҳам Қорақалпоғистонга йўлингиз тушса албатта Чилпиқ қалъасининг салобатини бориб ўз кўзингиз билан кўриб келишингизни тавсия қилардим.
Саодат Қурбонова

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.