Ana səhifə İCTİMAİ Ümid Nəccarinin kitabı Britaniyada çap olundu

Ümid Nəccarinin kitabı Britaniyada çap olundu

Müəllif: Bizim Yazı
55 baxış

“APA Media Group”un fars bölməsinin baş redaktoru Ümid Nəccarinin kitabı Britaniyada çap olunub.

Kulis.az xəbər verir ki, azərbaycanlı şair, Avropanın Beynəlxalq IWA BOGDANİ Yazarlar Assosiasiyasının vitse-prezidenti və Beynəlxalq Mihai Eminescu Akademiyasının fəxri üzvü Ümid Nəccarinin “Cotton sounding letters” adlı kitabı Britaniyada işıq üzü görüb.

Kitab Nəşriyyat rəhbərliyinin təşəbbüsü ilə 92 səhifədə Londonun “JustFiction Edition” yayınları tərəfindən çap olunub.
Qeyd edək ki, kitab online şəkildə satışa çıxarılıb.

Şeirləri İngilis dilinə tərcüməçi Rza Hüseyni Bəqanam tərcümə edib.

Qeyd edək ki, Ümid Nəccari bir neçə şeirlər kitabının müəllifidir və indiyə qədər bir sıra ölkələrdə – Amerika, Rumıniya, Serbiya, İtaliya, İspaniya, Rusiya, Gürcüstan, Özbəkistan, İran, Türkiyə, Çili, Çexiya, Qazaxıstan və bir çox ölkələrin mətbu orqanlarında şeirləri və yazıları tərcümə olunaraq işıqlandırılıb.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.