Ana səhifə BAŞ YAZI VARİS Moskvadan ödüllə dönür!

VARİS Moskvadan ödüllə dönür!

Müəllif: Bizim Yazı
127 baxış

varis-odul1Yazarımız Sergey Lukyanenko, Andrey Şarqorodskiy, Zaxar Prilepin, Eduard Uspenskiy kimi tanınmışlarla bir sırada!

Dekabrın 24-də nüfuzlu Moskva Uluslararası Ədəbiyyat Ödülünün 5 nominasiya üzrə 2016-cı il laureatları elan edilib. Moskvanın “Şaqal” Klubunda keçirilən təntənəli törəndə laureatlara ödüllər təqdim olunub. Sevindirici haldır ki, laureatlar arasında Azərbaycanın tanınmış yeni nəsil yazıçısı VARİS (Yolçuyev) də var. Moskva Ədəbiyyat Ödülü 2015-ci ildə Rusiya Prezidenti Vladimir Putinin həmin ili “Ədəbiyyat ili” elan etməsi şərəfinə, Moskva şəhər rəhbərliyinin təşəbbüsüylə Rusiya Yazıçılar Birliyi, “Rossiyskiy kolokol” ədəbiyyat dərgisi və Uluslararası Yazıçılar Birliyi (İnternational Writers Union – İWU) tərəfindən təsis edilmişdir. Ödül komissiyasının yaydığı rəsmi bildiriyə görə bu il komissiyaya 5000-dən çox əsər təqdim olunmuşdur ki, onlardan da ən yaxşıları “Fantastika”, “Fəlsəfi ədəbiyyat”, “Ruhani ədəbiyyat”, “Vətənpərvərlik ədəbiyyatı” və “Uşaq ədəbiyyatı” kimi 5 nominasiyada öncə uzun (“long”), sonra qısa (“şort”) siyahılara düşmüş, final aşamasına vəsiqə qazanmışlar. Nəhayət, tərkibi gizli saxlanılan münsiflər heyəti (gizli) səsvermə yolu ilə hər nominasiyadan 3 dərəcə üzrə (1-ci dərəcə: klassik yazar, 2-ci dərəcə: çağdaş yazar; 3-cü dərəcə: debütant yazar) laureatları müəyyənləşdirmişdir. VARİS “Yanvarın 13 günü” romanı ilə “Fəlsəfi ədəbiyyat” nominasiyasında “çağdaş yazar” dərəcəsi ilə qalib olmuşdur. Xatırladaq ki, bu roman 2015-ci ilin dekabrında Moskvada nüfuzlu “Klassiklər və çağdaşlar” (“Sovremenniki i klassiki”) “vintaj seriyası”ndan çıxmışdır, Moskvada Mərkəzi Ədiblər Evində, Nyu-Yorkda “Sankt-Peterburq” kitab dükanında, eləcə də Bakıda onun tanıtım törənləri keçirilmişdir. Əlbəttə ki, Sergey Lukyanenko, Andrey Şarqorodskiy, Zaxar Prilepin, Eduard Uspenskiy kimi tanınmışlarla bir sırada ( – Boris Akunin, Mixail Jvanetski, Lev Anninski, Mixail Zadornov kimi dünyaşöhrətli yazarlar finala yüksəlsələr də laureat adını qazana bilməyiblər -) həmyerlimizin də sayğın ödüllə təltif olunması Azərbaycan adına, ədəbiyyatımız adına ciddi uğurdur.

Moskva Ədəbiyyat Ödülünü qazanan VARİS ikiqat sevinc hissi keçirdiyini vurğulamışdır. Həm Lev Tolstoy, Fyodr Dostoyevski kimi ədəbiyyat nəhənglərinin vətənində təltif olunduğuna görə, həm də ödülə layiq olan əsərin insan-toplum-təbiət arasındakı düyünlərin açılmasına cəhd edən süjet xəttindən Azərbaycanımızın, Qarabağ həqiqətlərinin mövzu olaraq keçdiyinə görə..! Onu da qeyd edək ki, ödülləndililən “Yanvarın 13 günü” kitabı hazırda Rusiyadan başqa Avropa və Amerikada da satışdadır.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.