Ana səhifə YENİLİKLƏR “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” –

“Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” –

Müəllif: Bizim Yazı
919 baxış

bu mövzuda 18-ci Uluslararası elmi-praktik konfrans keçiriləcək

Konfrans 2019-cu il mart ayının 12-dən başlayaraq, iki gün ərzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçiriləcək.

Konfransın rəsmi açılış törəni 12 mart tarixində saat 10.00-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elmi Şura otağında baş tutacaq. 2002-ci ildən universitet tərəfindən hər il ənənəli olaraq təşkil olunan konfransın məqsədi türkologiya sahəsində aparılan araşdırmaların sonuclarının ümumiləşdirilməsi və elmi informasiya mübadiləsidir. Konfrans türk xalqlarının bədii mədəniyyətinin araşdırılması sahəsində çalışan mütəxəssislər arasında elmi mübadilənin inkişafına xidmət edir. Azərbaycanın müxtəlif tədris və elmi müəssisələrinin əməkdaşları ilə yanaşı, Türkiyə, ABŞ, Macarıstan, Rusiya, Qırğızıstan, Qazaxıstan və Türkmənistan mütəxəssislərinin iştirakı ilə keçirilən konfransda türk xalqlarının bədii mədəniyyətinə dair 50-ə yaxın məruzə dinləniləcək.

Çağdaş dövrdə dünyada gedən qloballaşma prosesləri kontekstində türksoylu xalqların mədəni irsinin araşdırılması, bu sahədə qarşılıqlı əməkdaşlığın inkişafı, təcrübə mübadiləsinin genişləndirilməsi məqsədlərini qarşıya qoyan uluslararası konfrans türksoylu xalqların mədəni inteqrasiyası prosesinə fayda vermək baxımından önəm daşıyır.  

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.