Ana səhifə TÜRK DÜNYASI Türk Dövlətlərinin Birliyi Günü ilə bağlı iki tədbir

Türk Dövlətlərinin Birliyi Günü ilə bağlı iki tədbir

Müəllif: Bizim Yazı
879 baxış

“Türk Hərəkatı” İctimai Birliyi, “Müasir İnkişaf” İctimai Birliyi və Türk Ocaqlarının Bakı Təmsilçiliyi 2 oktyabr 2012-ci il tarixdə (saat 12:00) Dünya Türklərinin Həmrəylik Gününə (3 oktyabr) həsr olunmuş “Türk Dünyası QHT-lər Birliyinin yaradılması” mövzusunda Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində konfrans keçiriləcək.

3 oktyabr 2012-ci il tarixdə (saat 18:00) isə “Türk Hərəkatı” İctimai Birliyi, “Müasir İnkişaf” İctimai Birliyi və digər qurumların birgə təşkilatçılığı ilə Dünya Türklərinin Həmrəylik Günü – Türk Dövlətlərinin Birliyi Günü münasibətilə musiqili tədbir keçiriləcək. Bakıdakı Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutacaq tədbirdə vətənpərvər mahnıların mahir ifaçıları Şəmistan Əlizamnalı, Nuriyyə Hüseynova, Novruz Novruzlu, xalq artisti Nurəddin Mehdixanlı və digər sənətçilərin çıxışları olcaq.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.