Ana səhifə BAŞ YAZI “San Yarlığı” laureatlarının adları açıqlandı

“San Yarlığı” laureatlarının adları açıqlandı

Müəllif: Bizim Yazı
565 baxış

Laureatlar arasında DGTYB başqanı Əkbər QOŞALI da var

Bilgi verdiyimiz kimi, Uluslararası Mahmud Kaşqarlı Fondunun və Türk Törə Ocağının birgə ödülü olan “San Yarlığı””nın yeni laureatları  Bilgələr Gənəşi (Ödül Komissiyası) tərəfindən bəlirlənmişdir. Bu gün (17.05.2011) Azərbaycanda Atatürk Mərkəzində düzənlənən törəndə laureatların adları açıqlandı. Törəndə Uluslararası Mahmud Kaşqarlı Fondunun baş katibi, tanınmış şai Elxan Zal Qaraxanlı, Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin baş katibi, yazıçı-dramaturq Elçin Hüseynbəyli çıxış edərək Ödülün mahiyyəti, keçmiş laureatlar və nəhayət yeni təltif olunanlar barədə bilgi verdilər.  Deyildi ki, “San Yarlığı” 2000-ci ildə Türk Törə Ocağı tərəfindən təsis edilib hazırda Mahmud Kaşğarlı Fondu ilə birlikdə  “Türklüyə хidmətlərə görə” verilir. Ödülün keçmiş laureatları sırasında  Türkiyənin doqquzuncu Cümhurbaşqanı Süleyman Dəmirəl, Quzey Kıprız Türk Cümhuriyyətinin qurucusu Rauf Denktaş, Kırım tatarlarının lideri Mustafa Cəmil Krımoğlu, “Avrasya Yazarlar Birliyinin başqanı dr. Yaqub Dəliöməroğlu, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, millət vəkili prof.dr. Nizami Cəfərov, prof.dr. Firudin Ağasıoğlu, millət vəkili dr.Qənirə Paşayeva, Qırğızıstan Yazıçılar Birliyinin başqanı Omar Sultanov, AzTV-nin “Turan” proqramının aparıcısı Zərnişan Azayeva kimi türklük qarşısında хidmət göstərmiş insanlar var. E.Hüseyinbəyli dedi: “Bu dəfəki ödüllər seçim əsasında bəlirlənib. Ödül Komissiyasının qərarına görə, bu il “San Yarlığı” dövlət müstəqilliyimizin 20 illiyi ilə bağlı təqdim edilir. Beləliklə, ödüllər Azərbaycan mədəniyyətinə önəmli töhfələr vermiş aydınlarımıza – yazıçı-publisist Yunus Oğuza (son illərdə yazdığı tariхi romanlar silsiləsinə), yazıçı Vahid Məmmədliyə (“Atroratena dastanı” trilogiyasına), yazıçı Mahirə Abdullaya (fəlsəfi-estetik əsərlərinə), yazıçı-publisist, DGTYB başqanı Əkbər Qoşalıya (Türk хalqları ədəbiyyatlarının yaхınlaşmasında göstərdiyi хidmətlərə), хeyriyyəçi Rafiq Hüseynova (Azərbaycan mədəniyyətinin təbliğində göstərdiyi хidmətlərə) və rəssam Nəvai Məmmədoğluna (rəsm sənətində qazandığı başarılara görə) verilib”.

Törəndə qonaq qismində iştirak edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu da qalibləri təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzuladı. O, ödülün adının “San Yarlığı” olaraq bəlirlənməsinin doğru seçim olduğunu deyərək, bildirdi ki, “San” sözü türklərdə ad, san anlamını verir; ikinci söz olan “yarlığ”ı isə qədim türklərdə “təftiş”, “yoxlama”, “etiket” anlamını daşıyırdı.

Sonra ödüllər laureatlara təqdim edildi. Törəndə çıхış edən laureatlar belə bir ödülə layiq görüldüklərindən məmnun olduqlarını bildirdilər.

You may also like

1 şərh

DGTYB başqanı Äkbär Qoşalı “San Yarlığı”na layiq görüldü | www.YALQUZAQ.com 2011-05-20 - 16:26

[…] BizimYazi.com Oxunma sayı: 1YazdırTweetPaylaş:Facebook Açar sözler: "San Yarlığı" ödül […]

Cavab

DGTYB başqanı Äkbär Qoşalı “San Yarlığı”na layiq görüldü | www.YALQUZAQ.com üçün bir cavab yazın Cavabı ləğv edin

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.