Ana səhifə YENİLİKLƏR “Şairlər Vətəni”ndən tələb:

“Şairlər Vətəni”ndən tələb:

Müəllif: Bizim Yazı
941 baxış

Sərdar Cəlaloğlu üzr istəməlidir!

Biz, Azərbaycan Yazıçılar Birliyi Qazax Zona filialının  fəalları ADP-nin sədri Sərdar Cəlaloğlunun böyük Azərbaycan şairi Səməd Vurğuna qarşı işlətdiyi ədəbsiz ifadəyə görə çox narahatıq.
Xalqın mənəvi pasportu olan bir sənətkara qarşı yönələn ölçüsüz-biçisiz bir hərəkəti pisləyirik. Hesab edirik ki,  S.Cəlaloğlunun bu hərəkəti seçkilər öncəsi siyasi sabitliyi pozmağa yönələn və siyasi divident qazanmaq üçün atılmış yanlış bir addımdır.
O, bu ifadəsi ilə, yəni xalqın dahi sənətkarını aşağılamaq cəhdiylə eyni şəkildə Ə.Əylisli və onu müdafiə edənlərin mövqeyində dayandığını nümayiş etdirmişdir.
Siyasət meydanında özünü göstərə bilməyən bir kəsin ədəbiyyat meydanına soxulmaq cəhdi çox gülüncdür! Hüseyn Cavid demişkən: “Ədəbiyyat başqa, siyasət başqa!”
Yaxşı olar ki, o, bir az  savadını artırsın, M.Ə.Rəsulzadənin S.Vurğun yaradıcılığına verdiyi yüksək qiymətlə həm özü tanış olsun, həm də həmfikirlərini məlumatlandırsın.
Onun bu yaramaz və iyrənc hərəkəti xalqın ruhuna, mənəviyyatına, tarixinə, ədəbiyyatına, bütövlükdə Azərbaycanın müstəqilliyinə edilən qəsddir.
Təkcə Azərbaycan iqtidarına yox, xalqa da müxalifətdə olan bir siyasi qurumun “lideri” Azərbaycanın xalq şairinə qarşı işlətdiyi nalayiq ifadəyə görə şairin ruhundan və Azərbaycan xalqından üzr istəməlidir!

Barat Vüsal – Şair, Azərbaycan Yazıçılar Birliyi Qazax Zona filialının sədri, Əməkdar İncəsənət Xadimi,
Bilal Qoca – AYB üzvü, filialda ədəbi məsləhətçi,
Saqif Qaratorpaq – şair, AYB üzvü, Ağstafadakı “Hüseyn Arif ədəbi məclisi”nin sədri,
Ələddin İncəli – Şair, AYB üzvü,
Şahinə Könül – Şair, AYB üzvü, Prezidentin Təqaüd fondunun təqaüdçüsü

15 aprel 2013-cü il

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.