Ana səhifə ŞEİR “Sən hər zaman bizimləsən” – Şəhid general Polad Həşimovun xatirəsinə

“Sən hər zaman bizimləsən” – Şəhid general Polad Həşimovun xatirəsinə

Müəllif: Bizim Yazı
262 baxış

Ürəyində nələr qaldı…

O gülən gözlərində

Saflıq vardı

Sevgi dolu həyat vardı

Mərhəmətli çöhrən ilə

Böyüklərin, kiçiklərin

Sevimlisi olmusan sən

Könüllərdə, ürəklərdə

Arzularda, diləklərdə

Gülümsəyən bəbəklərdə

Məhəbbətlə qalmısan sən

İgidliyin gur sədası

Həqiqətin carçısıtək

Yaddaşlarda qalmısan sən

Belə igid oğul doğan ana

Doğan vətən

Əyilməzdir

Qoy eşitsin bütün dünya

Şəhid olan oğulların xatirəsi

Qəlbimizdə silinməzdir

Ürəyi vətənlə vuran

Onu sevən, həm qoruyan

Hər bir insan

Səni örnək alacaqdır

İgid Polad yadımızda

Gözləri gülümsəyən

Generaltək qalacaqdır!!!

 

Müəllif: Qobulu Qədirnisə

1958-ci il Abşeron rayonunun Qobu qəsəbəsində anadan olub. 1977-ci ildə orta məktəbi bitirərək o vaxtki Azərbaycan Pedaqoji İnstitutuna daxil olub. Bir neçə il Qobuda yerləşən 1 saylı orta məktəbdə müəllim işləyib.
Hal-hazırda Nardaran qəsəbəsi 130 saylı orta məktəbdə ibtidai sinif müəlliməsi işləyir.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.