Ana səhifə İCTİMAİ Özbəkistanın Gənclər İşləri Agentliyində Şuşadan bəhs edən kitab təqdim olunub

Özbəkistanın Gənclər İşləri Agentliyində Şuşadan bəhs edən kitab təqdim olunub

Müəllif: Bizim Yazı
318 baxış

 

Özbəkistan Respublikasının Gənclər İşləri Agentliyində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi “Türk dünyasından Şuşaya-Şuşadan Türk dünyasına” layihəsi çərçivəsində çap olunmuş eyniadlı kitabın təqdimatı keçirilib.
Tədbirdə Özbəkistanın gənc oxucuları, media nümandələri, tələbələr iştirak ediblər.

Bizimyazı.az xəbər verir ki, tədbiri Özbəkistan Respublikasının Gənclər İşləri Agentliyinin direktor müavini Dilnoza Kattaxanova açıq elan edərək, qonaqları salamlayıb, Özbəkistan -Azərbaycan arasında bütün sahələrdə olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin olduğunu vurğulayıb. Bu tədbirin də qardaş xalqlar arasındakı ədəbi-mədəni əlaqələr baxımından yüksək əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Daha sonra tədbirin moderatoru Agentlik direktorunun Dil məsələləri üzrə müşaviri Mehrinaz Abbasova Dünya Gənc Türk Yazarlar Birliyi ilə Özbəkistan gəncliyinin geniş əlaqədə, əməkdaşlıqda olduğunu vurğulayıb. Şuşa şəhərinə həsr olunmuş kitabın Özbəkistanda təqdimatını əlamətdar hadisə hesab etdiyini vurğulayıb. Daha sonra söz Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, layihə rəhbəri İntiqam Yaşara verilib. İntiqam Yaşar çıxışında Özbəkistan Respublikası Gənclər İşləri Agentliyinə ev sahibliyi üçün təşəkkür edib. O, Şuşa ilə bağlı həyata keçirilən layihə çərçivəsində çap olunmuş kitabda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası yazarlarının Şuşa ünvanlı, bir-birindən gözəl yazılarının yer aldığını bildirib. Tədbirdə iştirak edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşı Kərim Məmmədzadə bu kimi tədbirlərin qardaş ölkələr arasında ədəbi-mədəni əlaqələrin inkişaf etməsi baxımından önəmli yerə sahib olduğunu bildirib. Daha sonra tədbirdə iştirak edən Özbəkistanın gənc yazarınlardan Şəhriyar Şövkət, Məhəmməd Siddiq, Zöhrab Ziya, Əlişir Səbri, Mansur Cumayev və basqaları çıxış ediblər, şeirlər səsləndiriblər. Tədbirin yekununda layihə rəhbəri, şair-publisist İntiqam Yaşar oxuculara kitab imzalayıb, Özbəkistan kütləvi informasiya vasitələrinin suallarını cavablandırıb.

 

onu

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.