Ana səhifə İCTİMAİ Milli Kitabxanada 2 Fevral – Gənclər Gününə həsr olunmuş tədbir təşkil edilib

Milli Kitabxanada 2 Fevral – Gənclər Gününə həsr olunmuş tədbir təşkil edilib

Müəllif: Bizim Yazı
122 baxış

Milli Kitabxananın direktoru Kərim Tahirov əvvəlcə gəncləri bayram münasibətilə təbrik edib. Qeyd edib ki, hər il Milli Kitabxanada Gənclər Günü ilə bağlı tədbirlər keçirilir və gənc yazarların bir kitabının təqdimatı olur. Milli Kitabxana hər zaman Azərbaycanın Ulu Öndərlə başlanan gənclər siyasətini uğurla davam etdirməyə və gənclərə dəstək olmağa çalışır.

Kərim Tahirov gənc yazıçını təbrik edib və ona yaradıcılığında uğurlar arzulayıb.

Tədbirdə Əməkdar jurnalist, kitabın “Ön söz” müəllifi və redaktoru Əli Nəcəfxanlı, “Xalq qəzeti”nin şöbə müdiri Səbuhi Məmmədov, yazıçı Zaur Ustac, “Xalq qəzeti”nin əməkdaşı İlqar Həsənov, “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin sədri Aygün Zamanlı və “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev çıxış edərək müəllifə uğurlar arzulayıblar.

Tədbirin davamında “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin bədii qiraətçiləri Rəbiyyə Bayramova və Rafael İsgəndərov şeir səsləndiriblər.

Rizvan Fikrətoğlu tədbir iştirakçılarına və Milli Kitabxananın rəhbərliyinə təşəkkürünü bildirib. Gəncləri təbrik edərək onlara uğurlar arzulayıb.

Sonda gənc yazarlara və tədbir iştirakçılarına Milli Kitabxananın rəhbərliyi tərəfindən təşəkkürnamələr təqdim edilib.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.