Ana səhifə İCTİMAİ İntiqam Yaşarla Gədəbəy rayon Heydər Əliyev Mərkəzində görüş keçirilib

İntiqam Yaşarla Gədəbəy rayon Heydər Əliyev Mərkəzində görüş keçirilib

-FOTOLAR

Müəllif: Bizim Yazı
325 baxış

İntiqam Yaşarla Gədəbəy rayon Heydər Əliyev Mərkəzində görüş keçirilib

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi, Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin 2023-cü ilin tədbirlər planına uyğun olaraq 02.08.2023-cü il tarixində Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, İlin gənci mükafatı laureatı İntiqam Yaşarın rayonun fəal gəncləri və ictimaiyyət nümayəndələri ilə görüşü təşkil olunub. Tədbiri giriş sözü ilə Gədəbəy rayon Heydər Əliyev direktoru Pərviz Bayramov açıb. O, öz çıxışında Cənab Prezidentin Gənclər siyasətindən, gənclərə dəstəyindən, respublikanın tanınmış yeni nəsil ədəbiyyat nümaydələrindən olan İntiqam Yaşarın uğurlarından, rəhbərlik etdiyi və müəllifi olduğu layihələrindən, müxtəlif mövzuları əhatə edən kitablarından ətraflı danışıb. Daha sonra İntiqam Yaşar tədbir iştirakçıları ilə müxtəlif ölkələrdə Azərbaycanı təmsil etdiyi layihələri haqqında təssüratlarını bölüşüb. O çıxışında ədəbiyyat, mədəniyyət, mütaliə və s. mövzularına toxunub. Rəhbərlik etdiyi təşkilatın həyata keçirdiyi layihələrdən bəhs edib. Daha sonra auditoriyanın suallarını cavablandıraraq, tədbir iştirakçılarına təşəkkürünü bildirib.

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.