Bu barədə Rəhimov özü açıqlama verib. O bildirib ki, rejissor kimi onun 2-ci tammetrajlı filmidir:
“Əziz və dəyərli dostlar.
Sizin ilə mühüm bir xəbəri bölüşmək istədim.Bu mənim rejissor kimi sayca ikinci tammetrajlı filmimdir.Filmin təqdimatı 9 fevral ,saat 19:30 Flame Towers də baş tutacaq.Film həmən gündən bütün kinoteatrlarda nümayiş olunacaq.
Bu işin ərsəyə gəlməsində, yanımda olan və mənə dəstək olan insanların ad və soyadları filmin sonunda qeyd olunduğuna görə,burada uzun-uzadı yazmaq istəmədim.
Filmin yaş həddi +18
Janr Dram.
Təqdimat günü yaradıcı heyyət ilə ,filmi izləmək üçün bilet ala bilərsiniz.Satış üçün park cinemanın rəsmi saytından əldə edə bilərsiniz”.