Ana səhifə BAŞ YAZI “HƏDƏF”: “ANAMIN KİTABI”…

“HƏDƏF”: “ANAMIN KİTABI”…

Müəllif: Bizim Yazı
355 baxış

Azərbaycanda milli ədəbiyyatın inkişafına dəstək məqsədi ilə Hədəf Nəşrlərinin təsis etdiyi “Anamın Kitabı” Ədəbi Ödülünün pyes müsabiqəsi bu il ikinci dəfə keçiriləcək

Müsabiqənin Təşkilat Komitəsi əsərlərin mətni üçün işarə sayı məhdudiyyətini ləğv etdi

Layihənin ideya müəllifi filologiya elmləri üzrə fəlsəfə doktoru Şəmil Sadiq, müsabiqənin Münsiflər Heyətinin başçısı isə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylidir. Münsiflər Heyətinin digər üzvlərinin adı isə ödülləndirmə zamanı açıqlanacaq.

Layihənin yönətməni Müşfiq Xanın verdiyi bilgiyə görə bu il ikinci dəfə keçiriləcək müsabiqə, fevral-avqust aylarını əhatə edəcək. Ödülləndirmə isə bu ilin sentyabr ayında təşkil olunacaq.

”Anamın Kitabı” Ədəbi Ödülünün pyes müsabiqəsinə əsərlərin qəbulu haqqında:

1. Müsabiqəyə yalnız pyes əsərləri qəbul edilir.
2. Əsərlərin mətni üçün işarə və pərdə sayı məhdudiyyəti yoxdur.
3. Müsabiqədə iştirak etmək üçün maksimum yaş həddi – 40 yaşdır.
4. Mövzu seçimi – sərbəst. Ədəbi mükafatın ideya və nizamnaməsi nəzərə alınmalıdır.
5. Əsərlərin qəbulu

Başlayır: 21 fevral 1015 – Beynəlxalq Ana dili Günü
Bitir: 1 may 2015 (saat 22:00)

6. Ekspertlər Şurası (EŞ) fəaliyyəti:
1 may 2015 – 31 may 2015
EŞ-nın seçəcəyi əsərlərin sayına məhdudiyyət yoxdur. Seçilən əsərlər Onlayn səsverməyə çıxarılmaqla yanaşı, Münsiflər Heyətinə təqdim olunur. Onlayn səsvermənin nəticələri MH-nin qiymətləndirməsinə təsir etmir.

7. Münsiflər Heyətinin əsərləri qiymətləndirməsi: 5 iyun 2015 – 5 avqust 2015
8. Onlayn səsvermə: 5 iyun 2015 – 5 avqust 2015 (saat 22:00)
9. Müsabiqəyə yekun vurulması və qaliblərin elan olunması

1 avqust 2015 – Azərbaycan dili və Əlifbası günü

10. Ödülləndirmə 2015-ci ilin sentyabr ayında keçiriləcək.

Ödüllər
I yer “noutbuk”, II yer “planşet”, III və IV yer “netbuk”.

Müsabiqə üçün əsərləri [email protected] ünvanına göndərmək lazımdır. Əsərlər göndərilərkən əlavə bir faylda aşağıda göstərilən bilgiləri mütləq qeyd etmək lazımdır:
a) Müəllifin adı, soyadı, atasının adı
b) Müəllifin telefon nömrələri (mobil və ev), yaşadığı ünvan
c) Müəllifin doğum tarixi
d) Müəllifin e-poçt ünvanı (*varsa, fb ünvanı)
e) Müəllifin ədəbi təxəllüsü (*əgər varsa)

Göstərilən bilgilərdən hər hansı biri qeyd olunmayan əsər müsabiqəyə buraxılmayacaq.
Əsərlərin məzmunu, redaktə və korrektə xətaları ilə bağlı məsuliyyəti yalnız müəllif daşıyır.

Təşkilatçılar: AR Mədəniyyət Nazirliyi Dövlət Gənc Tamaşaçılar Teatrı, Kitabevim.az kitab mağazaları şəbəkəsi

İnformasiya dəstəyi: Senet.az ədəbiyyat və sənət dərgisi

DƏSTƏKÇİLƏR: Soliton, Hədəf Kursları, Medical Hospital

Rəsmi facebook səhifəsi: www.facebook.com/AnaminKitabi

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.