ÇATDIRIM
Çalışdım, mənalı yaşayım allah,
Aman ver, yüzümü başa çatdırım.
Yazmalı dərdlərim qurtarmaz vallah,
Qoyma, sən, gözumü yaşa çatdırım.
Aləmə, bəşərə qurmusan tələ,
Nadanlar ömrünü verdilər yelə.
Ağarmış saçlarim ağarma belə,
Ahıllıq rəngini qaşa çatdırım.
Kamillik yaşadar daima bizi,
Ağıllı kəlmələr əbədi izi,
Hifz eylə ilahi hər birimizi,
Qıyma tez özümü qışa çatdırım.
İstərəm dünyada iz qoyum gedim,
Arxayın olmayım, söz deyim gedim.
Nigaran qalmayım, saz deyim gedim,
Zirvədə sözümü başa çatdırım.
Demirəm, dünyanı mən tutum qalım,
Cismimi incidib, əzaba salım.
Yazdığım kəlamla yaddaşda qalım,
Orucu torpağa, daşa çatdırım.
Oruc ŞAHBUZLU