Görkəmli folklorşünas alim, filologiya elmlər doktoru, professor Sədnik Paşa Pirsultanlı 84 yaşında dünyasını dəyişib. Bu barədə Teleqraf.com-a AMEA-dan bilgi verilib.
Sədnik Xəlil oğlu Paşayev (Pirsultanlı) 1929-cu ildə Daşkəsən rayonunun Qazaxyolçular (Pirsultan köyü hissəsində) kəndində anadan olub, 1949-cu ildə Dəstəfur kənd orta inernat məktəbini bitirib. 1954-cü ildə Gəncə Dövlət Universitetinin (Keçmiş Gəncə Dövlət Pedoqoji İnstitutunun) dil və ədəbiyyat fakültəsini bitirdikdən sonra rayon və şəhər qəzetlərində xüsusi müxbir, ədəbi işçi, məsul katib və redaktor vəzifələrində çalışıb. S.X.Paşayev uzun illər «Yeni Daşkəsən», «Mübariz» (Goranboy rayonlararası) və «Yenilik» (Kəlbəcər) qəzetlərinin redaktoru olub.
1960-cı ildə SSRİ Jurnalistlər İttifaqının üzvü seçilib. 1970-ci ilin may ayının 5-də Azərbaycan Respublikası Jurnalistlər İttifaqının Fəxri Fərmanı ilə təltif olunub.
1970-ci il oktyabr ayının 19-dan etibarən Gəncə Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrasının müəllimi, baş müəllimi, dosenti və professoru kimi əmək fəaliyyətini davam etdirib. O, müntəzəm olaraq televiziyada, radioda, mərkəzi və yerli mətbuatda çıxış edirdi. Azərbaycan Dövlət Televiziyası (Aztv) onun həyatı və fəaliyyəti haqqında «Pirsultanlı» adlı sənədli film çəkib.
Qırxdan artıq kitabın, yüzə yaxın elmi əsərlər toplusunda və jurnallarda, mərkəzi qəzetlərdə çap olunmuş məqalələrin müəllifi olub.
Ozan-aşıq yaradıcılığınının tədqiqi ilə ardıcıl məşğul olub. Respublikanın Əməkdar mədəniyyət işçisi adına layiq görülüb. Türkiyədə nəşr edilən «Dost-dost» və «Milli folklor» jurnallarının Azərabycan təmsilçisi, eyni zamanda ölkəmizdə fəaliyyət göstərən «Pirsultan» nəşriyyat-poliqrafayası, «Yurddan səslər» jurnalı, «Xalq ozanı» qəzetinin təsisçisi olub. Yazıçılar və Jurnalistlər birliyinin üzvü olan Sədnik X. Paşayev 8 şeir kitabının da müəllifi idi. Əmək və Müharibə veteranıdır. AMEA folklor institutunun müdafiə şurasının üzvü idi.
1 şərh
Allah rahmet elesin mekani cennet olsun Azerbaycanmizin deyerli alimlerinden biriydi.