Ana səhifə YAZILAR DEBÜT: Elnurə AĞAZADƏ

DEBÜT: Elnurə AĞAZADƏ

Müəllif: Bizim Yazı
1. 778 baxış

DƏNİZ,

QOYNUNA AL MƏNİ

Hicran qonağımdır mənim,
Alovludur könül qəmim.
Batmaqdadır sevgi gəmim,
Dəniz, qoynuna al məni.

 

Sahilində ayaq izim,
Pünhan qalıb qəlbdə sirrim
Bu dünyadan ötüb keçim,
Dəniz, qoynuna al məni.

Bir yığındır dərdı sərim,
De, bir çarə mən nə edim
Dalğalara qonaq gəlim,
Dəniz, qoynua al məni.

Elnurəyəm şer dilim
Söz sənətdir mənim evim
Qucağında ölüb gedim
Dəniz qoynua al məni.

ÇİN OLAYDI YUXUM MƏNİM

Çoxdandır görmürəm səni,
Həsrətiyəm gül üzünün
Gəl bu gecə sən yuxuma,
Deyırlər ki ,bazar günün
Yuxusu çin çıxır axı
Kaş ki gecə yataydım mən,
GörƏydim yuxumda səni
Çin olaydı yuxum mənim.

Öpəydim dodaqlarından
Toxunaydım yanağına
Toxunaydım saçlarına
Bitməyəydi gecə vüsal
Sevgimizdən alaydıq kam
Çin olaydı yuxum mənim.

Verəydim hədiyyə mənə
Yox edəydin göz yaşımı
Öyünəydim gəlişinlə
Pay verəydim dost tanışa
Çin olaydı yuxum mənim.

Hər günkü tək bu yuxuda
Aldatmasın bu gün məni
Ağlatmasın sabah məni
Sevindirib güldüreydin
Elnurəni şad edəydin
Çin olaydı yuxum mənim

NÖQTƏLƏR

Cümlənin bitən hissəsi
Hərflərin ahəngidir
Bitən fikirdə nöqtələr
Hiss həyəcan siqnalıdır
Ahın,vayın son anıdır
Bir kədərin fəryadıdır
Bitən fikirdə nöqtələr
Bir utancaq gözəlin
Sevgisində son kəlməsi
Sevgisinin hədiyyəsi,
Bitən fikirdə nöqtələr.

Qərib ölkədə qəribin,
Vətəninə ünvanlanan
Məktubunu intizarı,
Bitən fikirdə nöqtələr
Vətən qoruyan əsgərin,
Anasına ünvanlan
Ümid dolu təsəllisi,
Bitən fikirdə nöqtələr.
Elnurənin qələminin,
Arzu dolu diləyinin
Gələcəyə zəfəridir,
Bitən fikirdə nöqtələr

MƏNİMLƏ HƏMSÖHBƏT AYRILIQ QALDI

Zaman qatarı ötdü sürətlə,
Gənclik vüsaltək geridə qaldı
Qara saçlarım vaxtsız ağardı,
Mənimlə həmsöhbət ayrılıq qaldı

Nə dosta sirr dedim, nə də sirdaşa,
İlk sevgi hekayəm qəlbimə dağdı
Sən yox ikən həsrətin sağdı,
Mənimlə həmsöhbət ayrılıq qaldı

Göz yaşım yanaqda izlər buraxdı
Sözüm,söhbətim hey səni andı.
Dilim,dodaqlarım kül oldu yandı,
Mənimlə həmsöhbət ayrılıq qaldı

You may also like

4 şərh

aysel 2012-10-06 - 09:04

super

Cavab
nazan 2012-10-06 - 09:05

harika

Cavab
Kenan AYDINOGLU 2013-07-11 - 22:36

Əziz və Hörmətli istedadlı xanım yazar Elnurə xanım!
İnşallah şeirlərinizi oxudum.Bəyəndim.Məhz bəyəndiyim üçün Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalına (http://edebiyyat-az.com) “Debüt: Elnurə AĞAZADƏ (Sumqayıt).Şeirlər” başlığı altında əlavə edib facebook sosial şəbəkəsində yayımlayırıq.Sizə ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar!

Dərin hörmət və ehtiramla:

Kənan AYDINOĞLU.
“Hüseyn Arif” Ədəbi Birliyinin üzvü.

Cavab
elnurə ağazadə 2013-07-19 - 00:01

salam Kenan bəy gözəl sözlər üçün çox sağ olun.Minətdaram.Şerlərimə dəyər vermisiniz.Lakin Mən Sumqayıtdan deyilım.Sumqayıtda yaşayıram.Mənim haqqımda yazılarda yanlışlıq var. Əgər mümkünsə mail.adresinizi yazın, sizin ədəbi birlik haqqında məlumat bilmək istəyirəm.

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.