(BizimYAZI AzərTAc-a istinadən bildirir:) Azərbaycanın görkəmli filosof şairi və dramaturqu Hüseyn Cavidin 130 illik yubileyi ölkəmizlə yanaşı, Özbəkistanın paytaxtı Daşkənddə də qeyd ediləcəkdir.
Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev-Muzeyindən AzərTAc-a bildirmişlər ki, tədbir Azərbaycanın Özbəkistandakı səfirliyi ilə birgə təşkil olunacaqdır.
Yubiley tədbirinə hazırlıq çərçivəsində görülən işlərdən ən önəmlisi H.Cavidin əsərlərinin özbək dilinə çevrilməsidir. Bu günlərdə tanınmış özbək şairi Usman Kuçkar “Şeyx Sənan” əsərinin çevrisini başa çatdırmışdır.
U.Kuçkar hələ 1992-ci ildə dahi dramaturqun “Topal Teymur” pyesini özbək dilinə çevirmişdir. O, fevralın sonlarında “Səyavuş” əsərinin də çevrisini tamamlayacaqdır.
Özbək dilinə çevrilmiş hər üç əsər Özbəkistanda yubiley tədbirinin keçirilməsi ərəfəsində bir kitabda toplanacaqdır. H.Cavidin Daşkənddə keçiriləcək xatirə gecəsində həmin kitabın təqdimat törəninin təşkili də planlaşdırılır.
Dahi dramaturq Hüseyn Cavidin əsərləri özbək dilinə çevrilmişdir
əvvəlki yazı