Mədənyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi, “Ulus Film” prodüser mərkəzinin təşkilatçılığı ilə “Cavad xan” filmi Polşanın paytaxtı Varşavada “Kino Kultura” kinoteatrında nümayiş olunub.
“Ulus Film” prodüser mərkəzinin rəhbəri Gəray Əlibəyovun Lent.az-a verdiyi bilgiyə görə, Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı sonucunda nümayişdə müxtəlif dövlətlərin səfirliklərinin nümayəndələri, ziyalılar və incəsənət xadimləri, tələblər iştirak edib. Tədbiri ölkəmizin Polşadakı səfiri Həsən Həsənov açıb. Filmin ssenari müəllifi Sabir Rüstəmxanlı, quruluşçu rejissoru Rövşən Almuradlı və xalq artisti Amaliya Pənahovanın çıxışları da tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Filmin nümayişindən dərhal sonra yerli kinorejissorlar və prodüser mərkəzlərinin rəhbərləri ilə görüşlər keçirilib.
Xəyalə