Bu günlərdə Zərdab rayonunda yaşayıb-yaradan istedadlı şairə Fərqanə Misgərqızının “Könlüm haraylar səni” adlı ilk kitabı “VEKTOR»da (“VEKTOR» Uluslararası Bilim Mərkəzinin hədiyyəsi olaraq) işıq üzü görüb
YAZILAR
Cavid ŞÜKÜR(OV), OYU Jurnalistika, qrup 72
“Eşqmi insanları səfeh eləyir, yoxsa, təkcə səfehərml aşiq olur?.. …bunun cavabını bilmirəm.”
(Orxan Pamuk, “Mənim adım Qırmızı” romanından)
Dörd köhnə dostumla neçə vaxtdan sonra görüşdüm. Sakit bir yerdə oturub çay içmək qərarına gəldik. Çay içə-içə ordan-burdan, havadan-sudan danışmağa başladıq. Bircə saatın içində dünyanın bütün üzüntülərini “çözüb”, keçdik hap-gopa. Söhbət sevgidən düşdü (Mövzu aydın idi: qızlar bir yerə yığışanda dəbdən, makiyajdan, jurnallardan, sevgidən; oğlanlar bir araya gələndəsə, maşın(lar)dan, futboldan və… təbii, sevgidən danışarlar.
Səbinə DƏNİZ. Hərdən olur…
Hərdən olur ki, özünü dünyanın bir küncündə, unudulmuş sayırsan…
Keşkələrin, təəssüflərin ümidlərinin belini qırır, boğazından yapışıb arzularını nəfəs almağa qoymur.
Sənin də yaxandan yapışıb, qəm dünyasına sürükləyir.
Hərdən olur, qışqırsan belə, ən yaxınındakına ünün yetmir.
Yer üzünün şəklini çəkib göndərəsən Allaha…
Zakir Sadatlı kitabını yarımçıq qoyub çıxıb getdi. Özünün təbirincə desək, bu dünyadan ayrıldı ki, o biri dünyaya bir xəbər aparsın. Bir zamanlar hərbi xidmətini keçdiyi Əfqanıstanda necə ki, onun da daxil olduğu Sovet Ordusu işini yarımçıq qoyub çıxıb getmişdi, Zakir də o savaşdan bəhs edən kitabını yarımçıq qoyub getdi…
ƏLLİNİ SAYANA ƏLLİ Kİ ƏLLİ…
İbrahim İlyaslının 50 yaşının tamam olmasına inana da bilmirsən, inanmaya da. İnanmırsan ona görə ki, elə bil dünəniydi, heç aradan iyirmi beş il keçməyib. Əyyub Qiyas, Nadir Azayoğlu, Etiram Məmmədli, Sabir Yusifoğlu, Xan Rəsuloğlu, Mehdi Cəlal, Füzuli Sabiroğlu (aradabir Varis də)… İbrahimin direktor olduğu Əli Kərim adına Poeziya Klubunda diskussiyalar aparardıq.

Məlahət YUSİFQIZIndan Şəfəq SAHİBLİyə
Həyatda yaxşı, ya pis, nə varsa, hamısını öyrənmək mümkündür. Qarşısına çıxıb, başına gələnlərdən çox nəsnələr götürür, öyrənir insan. Meydanda olub oyundan kənarda qalmaq mümkün deyil. Qıraqdasansa, demək meydanda deyilsən. İnsan var, öyrəndiklərini elə meydanda öyrənir.
Aqşin DADAŞOĞLU (Xaçmaz)
Azərbaycanım
Baxıram ölkəmin xəritəsinə,
Ey qartal baxışlı Azərbaycanım!
Necə əl-əlvandı torpağın sənin
Şeyx Səfi naxışlı Azərbaycanım.


