• TÜRK DÜNYASI
    • AŞIQ SƏNƏTİ
    • TÜRK DÜNYASI
  • ƏDƏBİYYAT
    • ŞEİR
    • HEKAYƏ
    • DRAM
    • ƏDƏBİ TƏNQİD
  • SÖHBƏTLƏR
  • YAZILAR
  • İCTİMAİ
  • YENİLİKLƏR
  • QOY ŞƏKİL DANIŞSIN…
  • KİTABXANA
    • E-KİTAB
Bizim Yazı
keep your memories alive
Home YENİLİKLƏR
Category:

YENİLİKLƏR

İCTİMAİTÜRK DÜNYASIYENİLİKLƏR

“Türk Dünyasında Azərbaycan dili və ədəbiyyatı araşdırmaları” adlı beynəlxalq elmi simpozium keçiriləcək

by 2024-05-08
written by

Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə “Türk Dünyasında Azərbaycan dili və ədəbiyyatı araşdırmaları” adlı I beynəlxalq elmi simpozium keçiriləcəkdir.

Türkiyə Respublikasının Kafkas Universiteti, Ege Universiteti, Atatürk Universiteti, Özbəkistan Respublikasının Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutu, Şimali Kipr Türk Respublikasının Uluslararası Final Universiteti, Türk Akademiyası və Azərbaycan-Kipr Dostluq Cəmiyyəti Simpoziumun təşkilində tərəfdaşdırlar. Ölkəmizdə isə Simpoziumun təşkilinə Azərbaycan Milli Elmlər Akademiyası, AR Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi və Nizami Gəncəvi Vəqfi dəstək verəcəkdir.

Simpozium 24-25 oktyabr 2024-cü il tarixində Bakıda Xəzər Universitetində keçiriləcəkdir.

Simpoziuma aid məlumatlarla buradan tanış olmaq mümkündür.

Məlumat üçün əlaqə nömrəsi:  +99412 421-79-16/228

Elektron poçt: diled@khazar.org

2024-05-08 0 comment
0 FacebookTwitterPinterestEmail
İCTİMAİYENİLİKLƏR

Yeqzar Cəfərli dissertasiya işini uğurla müdafiə edib

by 2024-04-22
written by

18 aprel 2024-cü il tarixində Azərbaycan Dillər Universitetində yazıçı, ədəbiyyatşünas Yeqzar Cəfərlinin “Den Braunun bədii mətnlərində gerçəklik və onun postmodernist strukturu (“Da Vinçi şifrəsi”, “Cəhənnəm”, “Mələklər və şeytanlar” romanları əsasında)” adlı dissertasiya işinin müdafiəsi keçirilib.

Bu barədə bizimyazi.az-a müəllif özü məlumat verib.

Dissertantın müvafiq sənədləri “Dünya ədəbiyyatı (ingilisdilli ədəbiyyat)” ixtisası üzrə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin alınması üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim olunub.

Dissertasiyanın mövzusu müasir ABŞ yazıçısı Den Braunun romanlarında gerçəklik və onun postmodern strukturu problemlərinə həsr olunub. Dissertant mövzunu sosial, alternativ və postmodern gerçəklik şəklində üç istiqamətə bölmüş, “Den Braun bədii üçbucağı” adlı konseptual düstur müəyyən etmişdir.

Dissertantın elmi işi üzrə 6 məqaləsi, 8 konfrans materialı dərc olunub.

Qeyd edək ki, Yeqzar Cəfərli Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə Heyətinin üzvüdür.

2024-04-22 0 comment
0 FacebookTwitterPinterestEmail
YENİLİKLƏR

Komitə sədri Estoniyada yaşayan azərbaycanlı şairi təbrik edib

by 2024-03-01
written by
Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Tartu Universiteti Türk Dili Mərkəzinin müdiri, Estoniya-Azərbaycan Cəmiyyətinin başqanı, şair, tərcüməçi, professor Xaqani Qayıblını 60 illik yubileyi ilə bağlı təbrik edib.
Təbrik məktubunda tanınmış ictimai və mədəniyyət xadiminin fəaliyyətinin ən önəmli məqamlarına vurğu edilib:
“Hörmətli Xaqani müəllim,
Sizi 60 illik yubileyinizlə bağlı təbrik edir, ictimai və yaradıcı fəaliyyətinizdə yeni uğurları diləyirəm!
Siz şair, tərcüməçi, publisist, ictimai və mədəniyyət xadimi, Estoniya Prezidentinin şəxsi tərcüməçisi, Dünya Azərbaycanlıları Konqresinin sədr müavini, Azərbaycan Yazıçılar Birliyinin, Estoniya-Türkiyə Mədəni Əlaqələr Cəmiyyətinin (İdarə Heyətinin), Estoniya Akademik Şərqşünaslar Cəmiyyətinin, Estoniya Jurnalistlər Akademiyasının üzvü və digər ictimai, elmi görəvlər daşıyaraq, çoxşaxəli, məhsuldar fəaliyyətlə məşğulsunuz.
1989-cu ildə Təhsil Nazirliyinin xətti ilə, Yazıçılar Birliyi nəzdindəki Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi tərəfindən Estoniyaya – Tartu Universitetinə göndərilmisiniz. Siz orada həm Filologiya, həm də Jurnalistika fakültələrində təhsil alaraq, Tartu Universitetini eston dilində bitirən ilk azərbaycanlı tələbə olmusunuz. Siz həmçinin Fin-Uqor dilləri üzrə ilk azərbaycanlı alim, Estoniyanın fəxri vətəndaşlığını alan ilk türksünüz.
“Eston və türk dillərində feil quruluşlarının müqayisəsi” (elmi rəhbəri akademik Ago Künnap) adlı elmi işiniz sizə elm aləmində şöhrət qazandırıb.
1987-ci ildən Azərbaycan, Türkiyə, Gürcüstan və Estoniya mətbuatında vaxtaşırı şeir və publisistik yazılarla çıxış edirsiniz.
Əsərləriniz eston, gürcü, rus, latış, alman dillərinə və bir sıra qardaş türkcələrə çevrilib. 5 kitab və 1 monoqrafiyanın müəllifisiz. Bir çox beynəlxalq simpozium və konfransda yaddaqalan məruzə ilə çıxış etmisiniz.
“Türkcə-estonca, estonca-türkcə danışıq kitabçası” (2004) və “Türkcə-estonca, estonca-türkcə turist sözlüyü”nün (2000) müəllifi, “Estonca-azərbaycanca sözlüy”ün (2005) redaktorusunuz.
“Danabaş kəndinin əhvalatları” (C.Məmmədquluzadə), “Mən burdayam İlahi” (V.Səmədoğlu), “Kim dedi ki, Simurğ quşu var imiş?” (K.Abdulla), “Halarvadı” (B.Abdullayev) isə estoncaya çevirdiyiniz əsərlərdən bir qismidir.
Sizi ictimai, elmi və ədəbi-mədəni yaradıcılıq uğurlarınız, eləcə də, 60 illik yubileyinizlə bağlı Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm”!
Qeyd edək ki, martın 16-da Mədəniyyət Komitəsinin mənəvi dəstəyi, Azərbaycan Yazıçılar Birliyi və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Xaqani Qayıblının yaradıcılıq gecəsi təşkil olunacaq.
2024-03-01 0 comment
0 FacebookTwitterPinterestEmail
İCTİMAİYENİLİKLƏR

Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə Heyətinin iclası keçirilib

by 2023-12-31
written by

30.12.2023-cü il tarixində Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə Heyətinin iclası keçirilib. İdarə heyətinin iclasında bir çox məsələlər müzakirə olunub. 2024-cü il ərzində icra olunacaq fəaliyyət planı barədə fikir mübadiləsi aparılıb. Təşkilatın başqanı İntiqam Yaşar tərəfindən İdarə Heyəti üzvlərinin yenilənmiş üzvlük vəsiqələri təqdim olunub.

                       

2023-12-31 0 comment
0 FacebookTwitterPinterestEmail
BAŞ YAZIYENİLİKLƏR

Bakıda möhtəşəm şeir günü – “Sükutun səsi”

by 2023-11-29
written by

Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunun H.Z.Tağıyev adına konfrans zalında bədii qiraətçi, şair Müşfiqə Baləddinin “Sükutun səsi” adlı ədəbi-musiqili tədbiri keçirilib.

Bizimyazı.az xəbər verir ki, tədbirdə Millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, şair, tərcüməçi, kinodramaturq Baba Vəziroğlu, Azərbaycanın Yazıçılar Birliyinin Türkiyə təmsilçisi, tərcüməçi İmdad Avşar, Azərbaycan Yazıçılar Birliyinin Quba Regional bölməsinin sədri, ASC-nin 5 saylı Regional “Mətbuatyayımı” İdarəsinin rəisi şair Ramiz Qusarçaylı, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, şair-publisist Əkbər Qoşalı, Azərbaycanın tanınmış diktoru, Azərbaycanın Xalq artisti, “Tərəqqi” medalı laureatı Eldost Bayram, Azərbaycanın Xalq artisti Xalidə Quliyeva, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Kəmalə Abıyeva və digər şair və yazıçılar iştirak edib.

Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Şəhid olmuş qəhrəmanların xatirəsinə sayğı duruşu ilə başlayıb. Ədəbiyyat-mədəniyyət xadimlərinin çıxışları, gənc yazar-qiraətçi Müşfiqə Baləddinə haqqında fikirlər dinlənilib.

Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar çıxış edərək qonaqları salamlayıb, tədbirin əhəmiyyətini və davamlı olmasınının vacibliyini diqqətə çatdırıb. Bədii qiraətçi müxtəlif nəsillərə mənsub şairlərin şeirlərini ifa edib.

Bundan başqa qiraətçi Anar Atakişi, Rəşad Mikayılov, Elman Baxşı və Müşfiqə Baləddin təqdim etdikləri kiçik kompazisiyalar dinləyicilərin marağına səbəb olub.

Ssenaristi İctimai TV nin əməkdaşı Günel Mehri , aparıcısı isə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Aysel Xanlarqızı olan tədbirə kollektiv foto çəkilməklə yekun vurulub.

 

“Sükutun səsi” adlı ədəbi-musiqili tədbir keçirilib
“Sükutun səsi” adlı ədəbi-musiqili tədbir keçirilib
“Sükutun səsi” adlı ədəbi-musiqili tədbir keçirilib
“Sükutun səsi” adlı ədəbi-musiqili tədbir keçirilib
“Sükutun səsi” adlı ədəbi-musiqili tədbir keçirilib
“Sükutun səsi” adlı ədəbi-musiqili tədbir keçirilib

 

2023-11-29 0 comment
0 FacebookTwitterPinterestEmail
İCTİMAİYENİLİKLƏR

Rəsmiyyə Sabir X Uluslararası İstanbulensis Şeir Festivalında iştirak edəcək

by 2023-10-20
written by

Tanınmış şair, DGTYB Məsləhət Şurasının üzvü Rəsmiyyə Sabir X Uluslararası İstanbulensis Şeir Festivalında Azərbaycanı təmsil edəcək. Bu haqda şairin özü məlumat verib.
Festival oktyabrın 25-dən 29-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək. Beynəlxalq şeir festivalında Tunis, İran, Suriya, Bosniya-Hersoqovina, Fələstin, Seneqal, İordaniya və başqa ölkələrdən tanınmış şairlər iştirak edəcək. Festival çərçivəsində Türkiyənin və xarici ölkələrin şairləri öz şeirlərini oxuyacaq, onların məktəblərdə şagirdlərlə görüşləri keçiriləcək. Festival günlərində, həmçinin gənc şairlər üçün şeir axşamı təşkil ediləcək.

2023-10-20 0 comment
0 FacebookTwitterPinterestEmail
İCTİMAİYENİLİKLƏR

Xalq şairi Ramiz Rövşənin gənclərlə görüşü keçirilib

by 2023-10-18
written by

Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə tanınmış ədəbiyyat nümayəndələrinin gənclərlə silsilə görüşlərinə başlanılıb. Birincisi Xalq şairi Ramiz Rövşənlə təşkil olunan görüşü giriş sözü ilə Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev açıq elan edərək tədbir iştirakçılarını salamlayıb. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Ramiz Rövşənin gənclərin görüşünü çox əhəmiyyətli addım adlandıran Azər Əliyev görüş üçün Ramiz Rövşənə təşəkkürünü bildirib.
Tədbirin moderatoru Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar Xalq şairi Ramiz Rövşənlə görüşü gənclər üçün qənimət görüş adlandırıb.
Azərbaycan tarixinin ən əlamətdar günləri ərəfəsində gənclərlə təşkil olunan görüşü çox vacib hesab etdiyini vurğulayan Xalq şairi Ramiz Rövşən ədəbiyyat, vətənpərvərlik, sənət və s. mövzularda fikirlərini bölüşüb, gənclərin suallarını cavablandırıb, bir neçə şeirini səsləndirib.

 

2023-10-18 0 comment
0 FacebookTwitterPinterestEmail
BAŞ YAZIYENİLİKLƏR

Ramiz Qusarçaylı Saxada “Böyük qarın alqışı” poeziya festivalında ölkəmizi təmsil edib – FOTOLAR

by 2023-10-16
written by

Saxa (Yakutiya) Respublikasında “Böyük qarın alqışı” adlı Vll Beynəlxalq Poeziya Festivalı keçirilib.

Bizimyazı.az xəbər verir ki, tanınmış şair, AYB-nin Quba bölməsinin sədri Ramiz Qusarçaylı 11-14 oktyabr 2023-cü il tarixdə gözümüzdən uzaq olsa da ruhumuza çox yaxın olan, qədim türklərin tarixini, mədəniyyətini Tanrının lütfü ilə hifz edən müqəddəs Saxa (Yakutiya) Respublikasında “Böyük qarın alqışı” (“Благодать большого снега”) adlı Vll Beynəlxalq Poeziya Festivalında Azərbaycanı təmsil edib.

Qeyd edək ki, “Böyük qarın alqışı” adlı Beynəlxalq Poeziya Festivalı 2012-ci ildən etibarən Saxa (Yakutiya) Respublikasının Mədəniyyət və Mənəvi İnkişaf nazirliyi və Saxa(Yakutiya) Yazıçılar Birliyinin təşkilatçılığı ilə Saxa(Yakutiyanın) xalq şairi, bütün yakutların sevimlisi Semyon Danilovun şərəfinə hər iki ildən bir keçirilir.

Festivada Qazaxıstandan Almat İsadilov, Qırğızıstandan Kojogeldı Gültekin, Moskva Yazıçılar Birliyinin katibi Nina Popova, moskvalı şair və tərcüməçilərdən Vyaçeslav Kupriyanov, Sergey Qolovyuk, Anna Tokareva, Mariya Bazaleyeva, Arxangelskdən Yelena Kuzmina, Maxaçqaladan Supiyanat Mamayeva, Başqırdstandan Aleksandr Xvatkov və Tatarıstandan Ayrat Bik-Bulatov iştirak ediblər.

Azərbaycanlı şairi Yakutsk hava limanında Saxa (Yakutiya) Yazıçılar Birliyinin sədri Qavril Androsov qarşılayıb.

Tanınmış şair Saxa (Yakutiya) Yazıçılar Birliyinin fəxri sədri, xalq şairi, RSFSR-in əməkdar mədəniyyət xadimi Natalya Xarlampeyeva və yeni sədr Qavril Androsovla Saxa (Yakutiya) Respublikasının Dövlət rəhbəri Aysen Nikolayevlə görüşüb.

Qəbulda o ölkəmizin möhtəşəm qələbəsi, xalqımızın adət-ənənələri, ədəbiyyatımız və öz yaradıcılığı barədə geniş məlumat verib. Dövlət rəhbərinə qələbəmizi, xalçalarımızı, Qubanın ağ almasını özündə əks etdirən buklet və suvenirlər hədiyyə edib.

Dövlət rəhbəri Aysen Nikolayev sevincimizə şərik olduğunu bildirib və xalqımıza səmimi salamlarını çatdırmağı xahiş edib.

M.K.Ammosov adına Şimal-Şərqi Federal Universitetində Poeziya festivalının açılış tədbiri olub, Ramiz Qusarçaylı tədbirdə çıxış edib, universitetin tələbələri şairin rus və yakut dillərinə tərcümə olunmuş şeirlərini söyləyiblər.

Üç gün davam edən festivalda şair Semyon və yazıçı Safron Danilov qardaşlarının abidəsi önünə çiçək dəstələri qoyub, doğulduğu kənddə və ev muzeyində olub.

Daha sonra Azərbaycanlı şair Saxa Media Holdinqdə yerli jurnalistlərlə keçirilən görüşdə, Yakutsk şəhərində fəaliyyət göstərən iki orta məktəbdə və Berdiqestyaxda Semen Danilovun adını daşıyan Mənəviyyat mərkəzində keçirilən görüşlərdə iştirak və çıxış edib.

13 oktyabr 2023-cü il tarixdə Saxa (Yakutiya) Yazıçılar Birliyi adından təşkil edilən festivalın rəsmi bağlanış tədbirində Saxa (Yakutiya) Respublikasının Mədəniyyət və Mənəvi İnkişaf naziri Afanasi Noyev Ramiz Qusarçaylını Azərbaycan və Saxa (Yakutiya) Respublikaları arasındakı yaradıcı xidmətlərinə görə öz imzası olan “Fəxri Fərman”la təltif edib. Qeyd edək ki, nazir Qazaxıstan şairi Almat İsadilovu da Fəxri Fərmanla təltif edib.

Azərbaycanlı şairi Saxa (Yakutiya) Yazıçılar Birliyinin rəhbərliyi də Fəxri Diplom və qiymətli hədiyyələrlə təltif edib.

Festivalın gedişi Saxa(Yakutiya) Respublikasının mətbuat səhifələrində, TV və saytlarda işıqlandırılıb.

Ramiz Qusarçaylı beynəlxalq poeziya festivalında ölkəmizi təmsil edib

Ramiz Qusarçaylı beynəlxalq poeziya festivalında ölkəmizi təmsil edib
Ramiz Qusarçaylı beynəlxalq poeziya festivalında ölkəmizi təmsil edib
Ramiz Qusarçaylı beynəlxalq poeziya festivalında ölkəmizi təmsil edib
Ramiz Qusarçaylı beynəlxalq poeziya festivalında ölkəmizi təmsil edib
Ramiz Qusarçaylı beynəlxalq poeziya festivalında ölkəmizi təmsil edib
Ramiz Qusarçaylı beynəlxalq poeziya festivalında ölkəmizi təmsil edib
Ramiz Qusarçaylı beynəlxalq poeziya festivalında ölkəmizi təmsil edib
Ramiz Qusarçaylı beynəlxalq poeziya festivalında ölkəmizi təmsil edib
Ramiz Qusarçaylı beynəlxalq poeziya festivalında ölkəmizi təmsil edib
Ramiz Qusarçaylı beynəlxalq poeziya festivalında ölkəmizi təmsil edib
Ramiz Qusarçaylı beynəlxalq poeziya festivalında ölkəmizi təmsil edib
Ramiz Qusarçaylı beynəlxalq poeziya festivalında ölkəmizi təmsil edib
Ramiz Qusarçaylı beynəlxalq poeziya festivalında ölkəmizi təmsil edib
Ramiz Qusarçaylı beynəlxalq poeziya festivalında ölkəmizi təmsil edib
Ramiz Qusarçaylı beynəlxalq poeziya festivalında ölkəmizi təmsil edib
Ramiz Qusarçaylı beynəlxalq poeziya festivalında ölkəmizi təmsil edib
Ramiz Qusarçaylı beynəlxalq poeziya festivalında ölkəmizi təmsil edib
Ramiz Qusarçaylı beynəlxalq poeziya festivalında ölkəmizi təmsil edib
Ramiz Qusarçaylı beynəlxalq poeziya festivalında ölkəmizi təmsil edib



2023-10-16 0 comment
0 FacebookTwitterPinterestEmail
YENİLİKLƏR

Nigar Arifdən yeni kitab-Təqdimat bu tarixdə olacaq

by 2023-09-20
written by

Oktyabrın 8-i saat 14:00-da, Libraffın Elmlər filialında gənc şair Nigar Arifin “Adamların yağışı” kitabının təqdimatı və imza günü keçiriləcək. Kitabda müəllifin müxtəlif mövzularda yazdığı şeirlər toplanmışdır…

Qeyd edək ki, “ Adamların yağışı” Nigar Arifin nəşr edilən sayca ikinci kitabıdır. İlk kitabı “ Xatirələr otağı” Güney Azərbaycanda ərəb əlifbası ilə işıq üzü görmüşdür.

Təqdimata bütün kitabsevərlər dəvətlidir…

2023-09-20 0 comment
2 FacebookTwitterPinterestEmail
BAŞ YAZIYENİLİKLƏR

Əkbər Qoşalının yazısı Özbəkistanın dövlət qəzetində yayınlanıb

by 2023-08-23
written by

Şair-publisist, MM Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalının Azərbaycan-Özbəkistan qardaşlığı, dostluğu barədə – “ortaq keçmişdən ortaq gələcəyə” gedən yol haqqında “Bir göyə tapınan iki ürək” (“Бир османга талпинган икки юрак”) yazısı Daşkənddə çıxan “Xalq sözü” qəzetində yayınlanıb.

Bizimyazı.az xəbər verir ki, Özbəkistan parlamentinin mətbu orqanı – rəsmi dövlət qəzeti olan “Xalq sözü” Azərbaycanlı yazarın məqaləsini 1-ci və 2-ci səhifədə – Özbəkistan Prezidentinin Azərbaycana təşrifi ilə bağlı xəbərlə yanaşı verib.

Onu da vurğulayaq ki, Özbəkistanın “Kitab dünyası” qəzetinin Azərbaycan təmsilçisi və Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü olan Əkbər Qoşalı, qardaş ölkədə imzası yaxşı tanınan yazarlardandır; o, qardaş ölkələrimiz arasındakı mədəni əlaqələrə verdiyi töhfələrə görə Özbəkistan Jurnalistlər Birliyi, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti, Azərbaycanın Özbəkistandakı Səfirliyi, o cümlədən Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən ödülləndirilmişdir.

2023-08-23 0 comment
0 FacebookTwitterPinterestEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Anam babam Ərdəbil – Oktay Hacımusalı

    2026-06-17
  • Zərif bəndlər: Sözün və dostluğun Naxçıvan görüşü

    2026-06-16
  • Qırğız renessansı və qlobal dialoq: “İssık-Kul Forumu”nun 40 illiyi yeni dövrün intellektual platforması kimi

    2026-06-15
  • Mərhəmət Lələyevin müəllifi olduğu “Doğma elin simaları” kitabının birinci cildi nəşr olunub

    2026-06-13
  • Azərbaycanın taleyini dəyişən zəfər tarixi – ŞƏRH

    2026-06-11

Bölmələr

  • ARAŞDIRMA (4)
  • AŞIQ SƏNƏTİ (21)
  • BAŞ YAZI (551)
  • E-KİTAB (1)
  • ƏDƏBİ GÜNDƏM (6)
  • ƏDƏBİYYAT (18)
  • HEKAYƏ (6)
  • HEKAYƏ (1)
  • İCTİMAİ (203)
  • İLK ADDIM (2)
  • Kateqoriyasız (6)
  • QOY ŞƏKİL DANIŞSIN… (16)
  • ŞEİR (16)
  • ŞEİR (61)
  • SÖYLƏŞİLƏR (67)
  • TÜRK DÜNYASI (228)
  • YAZILAR (631)
  • YENİLİKLƏR (295)
Facebook Twitter Linkedin Youtube
  • Facebook
  • Twitter

@2021 - All Right Reserved. Designed and Developed by PenciDesign


Back To Top
Bizim Yazı
  • TÜRK DÜNYASI
    • AŞIQ SƏNƏTİ
    • TÜRK DÜNYASI
  • ƏDƏBİYYAT
    • ŞEİR
    • HEKAYƏ
    • DRAM
    • ƏDƏBİ TƏNQİD
  • SÖHBƏTLƏR
  • YAZILAR
  • İCTİMAİ
  • YENİLİKLƏR
  • QOY ŞƏKİL DANIŞSIN…
  • KİTABXANA
    • E-KİTAB