OSMAN BAŞ –
bu ad Azərbaycan oxucusuna yaxşı tanışdır. Azərbaycan oxucusu onu ilk olaraq Bakıda “Vektor” Nəşriyyatında yayımlanan “Firuzan” şeirlər kitabı ilə tanıdılar. Baxmayaraq ki, buna qədər yazarın Türkiyədə bir neçə kitabı dərc olunmuşdu. “Firuzan”nın arxasınca 2005-ci ildə “Nicesen Yahşımısan” kitabı yenə də “Vektor” nəşriyyatı vasitəsilə Azərbaycanlı oxucuların müzakirəsinə verildi. İllər öncə də mən Osman Başın “Nicesen Yahşımısan” kitabına bir dost yazısı həsr ertmişdim. Bu dəfə isə dəyərli dostlarım vasitəsilə mənə çatdırılan “Har-ı bülbül”dən söz açmaq istəyirəm.

