Ana səhifə YENİLİKLƏR çağdaş alban şeiri

çağdaş alban şeiri

Müəllif: Bizim Yazı
575 baxış

JETON KELMENDİ

QISA MƏSAFƏLƏR (ABBREVIATION DISTANCE)

Bu gecə
Sabahın xoşbəxt bir günü
Sabahın sonrasında.
Yenə başqa bir gecə
Mən sənə daha yaxınam
İkimiz arzulayırıq
Yenə də bir-birimizi.
Və beləcə zaman keçir,
Gecələri, gündüzləri sayırıq.


Səbirsizcə bir-birini gözləyirik,
Özümüzdən qaçarkən.
Yəni, zaman bizə baxır
Məsafəmizi ölçərkən
gecə-gündüz.

Orda sən və mənim düşüncələrim,
Burda mən və sənin düşüncələrin,
Günləri kim sayır
görən bizimçün,
Bu axşam bir gecə daha yaxınıq,
Duyğulara daha yaxın,
Hamıda olduğu kimi.
Necə görünürük
sən və mən, canım,
Bir dünyamız var ki,
kökündən fərqli.
Brüssel, 20 iyun 2012

BİR AZ YAXIN GƏL (COME CLOSER A BIT)

Mənə bildiyin sözləri de,
Mənim sevdiyim sözləri.
Başqa bir dildən gizlənən,
Dodağına gələn sözləri.
Qəlbimi açıram sənə kitab kimi,
Bütünlükdə.
Eşqin tünd dadını öyrənəsən deyə.

İndi yenə gözləyirəm
Dünən kimi, bu gün kimi,
Sabah kimi.
Sözləri elə deyəsən,

Mənə yaxın gələsən.

ÇAMERİADAKI ARZUM (MY WISH IN CHAMERIA)

Tarlasına qayıtmaqdan yaxşı nə var
Bir əkinçidən ötrü,
Həyat anlamının əhatəsində
Filatidən şən çammanı görürəm.
Öz yurdunda qalan adamlar kimi
Əcdadların məzarına qayıdın.

Dişləyib yeməyim gəlir
Çameriada qıpqırmızı almanı.
Ən azı özümlə götürəcəyəm,
Sonra beli alacağam əlimə
Səni bir az axtarmaq zorunda qalacağam,
Dardania haqqında nəğmə deyən
Səs Ulduzu,
Bu sadiq ürək üçün həır şeydi.

Mən bir gün diz çökəndə
Geyimim ilişmədən, qırışmadan,
Çams mənə tərəf gəlir, qarşılayır
Qardaşımız, Çameriaya, Albaniyaya xoş gəldiniz.

Dərin köklərin nəyi var
Çameriadaki almam…
Təzə meyvələr.

Daha heç bir dərdim yoxdur,.
Bunu bil, qəlbim. –

Əbədi bir yuxu kimi
Necə bir toy edək orda?
Gəl ümidlə bir gələcək əkək orda.
Volos, Yunanıstan, 21 may 2013

ANA SÖZÜ (THE WORD MOTHER)

Söz hər şeydən öndə gəlir,
Albanca öyrənəndən bəri
Nə qədər gözəlləşdi
hər kəlmənin anlamı.

Ana ən gözəl sözdür
Haqqında danışılası.
Onun var iki mənası:
Bu hamının bildiyi,
Eşidib xatırladığı,
Xoş gündə bəhs etdiyi,
Dar gündə sığındığı ad,
Onun varlığı həm də həyat.

Xatırlayıram nə qədər
Çox söz öyrəndim o vaxt.
Məktəb və həyat…
Amma mənimçün
Ana ən böyük söz
Olaraq qalır.
Daha şirin,
Daha dəyərli.
Və hər şeydən vacib
Həyat qazanmaq üçün.

SƏS-KÜY (NOISE)

Gündüz səsini ucaltdı
Bizim səssizliyin,
sükutun üstdə.

Titrək düşüncələr
Xalqa açıq
Bugün en büyük egoist
Siyasətçi X.

Onun gülər gözlərinin arasından
Zaman kirli əllərini yellədir.
Halbuki bu xəbərlərin ortasında
Yalan xaçlar
Bütün bu səs-küy içində
Tək həqiqət.
Fəqət
Onun bütün sözləri, sözləri
heç biri doğru deyil.

(Çevirən: Dos.Dr. Təranə TURAN (RƏHİMLİ))

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.