Təranə Vahid sözü YERDƏ yox, GÖYDƏ axtaranlar və CƏNNƏTDƏN YUXARIDA yaşayanlar üçün kitab yazdı
Bu günlərdə jurnalist Təranə Vahidin “Cənnətdən yuxarı…” adlı ilk nəsr kitabı işıq üzü görüb.
Kitaba tanınmış daramaturq Əli Əmirli ön söz yazıb. Kitabın redaktoru şair Qulu Ağsəsdir.
Azərbaycan Yazıçılar Birliyinin və “525-ci qəzet”in birgə layihəsi ilə “Mütərcim” Nəşriyyat-Poliqrafiya Mərkəzində çap olunan kitabda Təranə Vahidin hekayələri, esseləri və miniatür duyğuları yer alıb.
Xatırladaq ki, “Cənnətdən yuxarı…” kitabının imza günü dekabrın 23-ü, saat 14:00-da AYB-nin Natəvan klubunda keçiriləcək. Ədəbiyyatı sevən hər kəs təqdimata dəvətlidir.