Ana səhifə İCTİMAİ “Cəzaçəkmə müəssisələrində İİV/QİÇS haqqında maariflədirmə və sağlam həyat tərzinin təbliği” layihəsi həyata keçirilir

“Cəzaçəkmə müəssisələrində İİV/QİÇS haqqında maariflədirmə və sağlam həyat tərzinin təbliği” layihəsi həyata keçirilir

Müəllif: Bizim Yazı
175 baxış

“Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Cəzaçəkmə müəssisələrində İİV/QİÇS haqqında maariflədirmə və sağlam həyat tərzinin təbliği” Layihəsini həyata keçirir. Layihə cəzaçəkmə müəssislərində olan məhkumlar arasında İİV/QİÇS infeksiyaları haqqında maarifləndirmə və İVV/QİÇS-lə münasibətdə yüksək riskli şəxslərə sosial-psixoloji dəstəyin göstərilməsindən bəhs edir. Layihənin məqsədi cəzaçəkmə müəssisələrində İİV/QİÇS-in profilaktikası və həmin şəxslərə psixo-sosial dəstək xidmətlərinin göstərilməsidir.

Belə ki, İİV/QİÇS xəstəliyi dövrümüzün ən ciddi xəstəliklərindən biri sayılır. İnsanın immuniteti ilə əlaqəli olan “insan immunçatışmamazlığı virusunun yayılması üçün münbit şərait yaranmışdır. Hazırda ümumilikdə ölkə üzrə 8395 nəfər İİV, 2481 nəfər QİÇS-li şəxs olaraq qeydiyyatdadır. İnfeksiyon xəstəliklərin insanların sıx yerləşdiyi ərazilərdə geniş yayılması üçün şərait əlverişli olur. Cəzaçəkmə müəssisələrində olan məhkumların infeksion xəstəliklər haqda məlumatsızlığı da qeyd edilən virusların artmasına səbəb olur. Habelə onların cəzaçəkmə müəssisələrini tərk etdikdən sonra sosial adaptasiya problemləri də yaranır. Qeyd edilən problemlərin həllində vətəndaş cəmiyyəti instituları və dövlət qurumları əməkdaşlığı məqsədəmüvafiqdir. “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi Şura və Qlobal Fond ilə əməkdaşlıq çərçivəsində cəzaçəkmə müəssisələrində maarifləndirmə yönümlü müxtəlif layihələr həyata keçirmişdir. Təcrübəyə əsasən İİV/QİÇS-lə münasibətdə yüksək riskli şəxslərə davamlı psixo-sosial yardım göstərilmədikdə və onlar arasında maarifləndirmə aparılmadıqda yoluxma sayı artır. Məhz layihə vasitəsilə cəzaçəkmə müəssisələrində İİV/QİÇS-lə bağlı maarifləndirməni və yüksək İVV/QİÇS riskində olan məhkumlara psixo-sosial dəstək xidmətlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Layihə çərçivəsində penitensiar xidmətin cəzaçəkmə müəssisələrində maarifləndirmə tədbirləri həyata keçirilmişdir. Tədbirlər vasitəsilə İİV/QİÇS, onun yaratdığı problemlər, infeksiyon xəstəliklər, cəzaçəkmə müəssisələrini tərk etmiş şəxslərin sosial adaptasiyası haqda məlumatlar verilmişdir. Görüşlər zamanı ilkin psixo-sosial yardım, tibbi xidmətlər üzrə maarifləndirmə də baş tutmuşdur.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.