Ana səhifə TÜRK DÜNYASI Bu gün Çingiz Aytmatovun vəfatından 3 il keçir

Bu gün Çingiz Aytmatovun vəfatından 3 il keçir

Müəllif: Bizim Yazı
605 baxış

Dünya şöhrətli yazıçı Çingiz Torekuloviç Aytmatov 1928-ci il dekabrın 12-də Qırğızıstanda anadan olub.
“Gün var əsrə bərabər” , “Ağ gəmi”, “Əlvida, Gülsarı!”, “Dağ və çöl povestləri”,  “Cəmilə”, “Üz-üzə”, “Çingiz Xanın buludu”, “Dağlar çökəndə” (son romanı – 2007) kimi ünlü əsərlərin yazarıdır.Atası, Torekul Aytmatov – görkəmli dövlət xadimi 1937-ci ildə həbs olunub, 1938 ildə isə güllələnib. Milliyətcə tatar olan anası Nagima Aytmatova yerli teatrda aktrisa idi.
Səkkiz sinif bitirdikdən sonra Çingiz Aytmatov Cambul zootexnikumuna daxil olub, həmin təhsil ocağını əla qiymətlərlə bitirib. 1948-1953-cü illərdə Aytmatov Bişkəkdəki Kənd Təsərrüfatı universitetində təhsil alıb. 1952-ci ildə dövri mətbuatda onun qırğız dilindəki ilk əsərləri çap olunmağa başlayıb. Ali təhsil aldıqdan sonra o, 3 il ərzində Qırğızıstan SSR-in Maldarlıq Elmi-Tədqiqat İnstitutunda çalışıb. Aytmatovun Moskvadakı Ali ədəbiyyat kursuna yazılması yalnız 1956 ildə, atasının bəraət almasından sonra mümkün olub. Kursu bitirdiyi il”Yeni dünya” jurnalında Aytmatovun bir sıra hekayələri və yazıçıya dünya söhrəti qazandıran “Cəmilə” povesti işıq üzü görüb.
1990-1994-cü illərdə Aytmatov SSRİ-nin və sonradan Rusiyanın Benilüks ölkələrindəki səfiri vəzifəsində çalışıb. 2008-ci ilin martınadək Qırğızıstanın Fransada, Belçika, Lüksemburq və Niderlanddakı səfiri olub.
2006-cı ildə “İlin avtoqrafı” kitabının buraxılışında iştirak edib.
Çingiz Aytmatov SSRİ Ali Sovetinin deputatı, Qırğızıstan Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü, Yazıçılar İttifaqının və Kinematoqrafistlər İttifaqının katibliyinin üzvü, Asiya və Afrika ölkələri ilə Sovet həmrəylik komitəsinin rəhbərlərindən biri, “Xarici ədəbiyyat” jurnalının baş redaktoru, “İssıqqul forumu” adlı beynəlxalq intellektual hərəkatın təşəbbüskarı idi.
2008 ilin uyunun 10-da müalicə aldığı Nürnberq klinikasında (Almaniya) vəfat edib.

Rəbiqə Zeynalova /ANN.AZ

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.